Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:12

Çexiyada "Məxməri İnqilabın" 25 illiyidir


17 npybar 1989-cu il, Praqa
17 npybar 1989-cu il, Praqa

Çexiya “Məxməri İnqilabın” 25 illiyini dövlət bayramı kimi qeyd edir.

1989-cu il noyabrın 17-də Praqada tələbələrin etirazını polis zorakılıqla dağıdanda , etiraza bütün xalq ayağa qalxdı və bundan sonra dinc yolla kommunist rejimi devrildi.

İnqilab belə dinc yolla, qansız-qadasız ötüşdüyünə görə buna “Məxməri İnqilab” adı verildi.

O vaxtki Çexoslovakiyada kommunist rejiminə qarşı etirazlara dissident yazıçı Vaslav Havel başçılıq edirdi. 2011-ci ildə vəfat etmiş Havelin xatirəsini

noyabrın 17-də ABŞ Konqresində də yad edirlər. Bu gün burda Havelin büstünün açılışıdır və tədbirdə iştirak etmək üçün Çexiyanın baş naziri Bohuslav Sobotka ABŞ-a gedib.

Praqada isə noyabrın 17-sini bəziləri indiki prezident Milos Zemanın əleyhinə nümayişlə qeyd edirlər.

Zeman Rusiyaya qarşı sanskiyaların əleyhinə çıxmaqla Çexiyada bir çoxlarını qəzəbləndirib.

Vaxtilə Havelin başçılıq etdiyi Vətəndaş Cəmiyyəti Forumu prezidentə açıq məktub yazıb. Məktubda deyilir ki, “Biz öz adımızla, öz nailiyyətlərimizlə, öz təhlükəsizliyimizlə risk edirik”.

Reutersin söhbət etdiyi çexlərin çoxusu, agentliyin yazdığı kimi,öz qəzəbini ifadə etmək üçün ən ağır sözlərdən istifadə edir.

Vətəndaş Forumu isə öz məktubunda yazır ki, “Biz həm Qərb icmasının üzvü olub, həm də Kremlin aqressiv və qanunsuz siyasətlərini dəstəkləyə bilmərik”.

Məxməri İnliab dövründə indiki Çexiya və Slovakiya bir dövlətin tərkibində - Çexoslovakiyada idilər.

Çexiyadan fərqli olaraq Slovakiyada noyabrın 17-si dövlət bayramı günü deyil. Ancaq Slovakiyada da bu günü çoxları bayram edir.

XS
SM
MD
LG