Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:00

Deputat Ramil Usubovun hesabat verməsini istədi


Ramil Usubov hər bir deputatla görüşüb müzakirələr aparmağa hazır olduğun bəyan edib

Ramil Usubov hər bir deputatla görüşüb müzakirələr aparmağa hazır olduğun bəyan edib

Daxili İşlər naziri Ramil Usubov Milli Məclisdə hesabat verməlidir. Bunu parlamentin oktyabrın 10-da keçirilən iclasında millət vəkili Hüseyn Abdullayev dedi: «Daxili İşlər Nazirliyi ətrafında baş verən son hadisələr onu deməyə əsas verir ki, Hacı Məmmədovun dəstəsinin başında Ramil Usubovun özü durub». Deputat naziri Azərbaycan xalqı və dövləti üçün ciddi təhlükə hesab etdiyini bəyan etdi.

Milli Məclisin spikeri Oqtay Əsədov isə «elə bir prosedur yoxdur ki, hər hansı bir naziri dəvət edib, onun hesabatı istənilsin» dedi. Onun sözlərinə görə, Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti ildə bir dəfə hesabat verir: «Əgər lazım olarsa, həmin hesabat dövründə Ramil Usubov dəvət oluna bilər».


Millət vəkili Pənah Hüseyn isə, dedi ki, qanuna görə, deputat sorğuları əsasında Nazirlər Kabinetinin üzvləri müəyyən edilmiş qaydada parlamentə dəvət oluna və bu və ya digər məsələlər barədə onların hesabatı və izahatları dinlənilə bilər.


Daxili İşlər naziri Ramil Usubov isə bir müddət bundan əvvəl bəyan etmişdi ki, hər bir deputatla görüşüb, Daxili İşlər Nazirliyi ətrafında baş verən son hadisələrlə bağlı müzakirələr aparmağa hazırdır.


Ötən ilin martında bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər zərərsizləşdiriləndən sonra yerli media qurumlarında Ramil Usubovun bu dəstə ilə bağlı olduğuna dair çoxsaylı iddialar yer alıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG