Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:55

Rusiya yeni sanksiyadan yayına bildi


Sankt Peterburq küçəsində mağaza, 2014-cü il, noyabrın 12-si

Sankt Peterburq küçəsində mağaza, 2014-cü il, noyabrın 12-si

-

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Brüsseldə noyabrın 17-də keçirilən toplantıda Ukraynanın şərqindəki separatçılara qarşı yeni sanksiyaya razılaşıblar.

Bu qərar Avropa Birliyinin noyabrın 2-də Donbasda keçirilən seçkiləri rədd etdiyini gəstərir.

Yeni sanksiyalara yeni şəxslərin adlarının salınması və onların hesablarının dondurulması, səyahət qadağaları aiddir.

Avropa Birliyinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalara qərar verməyiblər.

Ukraynanın xarici işlər naziri Brüsseldə idi və Moskvaya aydın işarə verməyə çağırırdı. Pavlo Klimkin hesab edirdi ki, Ukraynayada Rusiyanın vəziyyəti qızışdırmasına Avropa Birliyinin dözməyəcəyi Rusiyaya göstəriməlidir.

***

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri noyabrın 17-də Brüsseldə toplaşaraq Ukraynadakı vəziyyəti və Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir.

Rusiyaya qarşı yeni sanksiyalar haqda dünyanın bir neçə lideri eyni vaxtda – Avstraliyada həftəsonu keçirilən G20 sammitində danışıb.

Avropa Birliyinin xarici siyasət rəhbəri Mogherini deyib ki, nazirlər noyabrın 2-də Ukraynanın şərqində keçirilmişseçkilərə ən düzgün cavabı müzakirə edəcəklər. O bildirib ki,bu seçkilər qanunsuz idi və Avropa Birliyinin cavabını tələb edir. O qeyd edib ki, “sanksiyalar məqsəd deyil. Onlar başqa tədbirlərlə yanaşı faydalı vasitə ola bilər”.

Brüsselə yola düşməzdən əvvəlDanimarkanın xarici işlər naziri Martin Lidegaard deyib ki, Rusiyaya diplomatik və iqtisadi təzyiqi saxlamaq lazımdır.

Onun sözlərinə görə,Moskvaya qarşı addımlar mütənasib olmalıdır. O, Brüsseldəki toplantıda sanksiyalar siyahılsının genişlənəcəyini gözləyir.

NÖVBƏDƏ NEFTDİRMİ?

BBC xəbər verir ki, son həftələr Rusiya neftinə embarqo qoyulacağı haqda xəbərlərlər mediada yer alır.

Həmin məlumatlarda deyilir ki, Avropa Komissiyası Rusiya neftini almayacağı təqdirdə Avropa ölkələrinin hansı çətinliklərlə üzləşə biləcəyini araşdırır.

Noyabrın 14-də bu xəbərləri dolayı şəkildə Rusiyanın iqtisadi inkişaf naziri Ulyukayev təsdiqlədi. O dedi ki. “Əgər Avropa Rusiya neftinə qadağa qoysa, Rusiya bununla bağlı bir neçə variant üzərində işləyir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG