Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:25

Kənd sakinlərinin Qazaxa gediş-gəlişi bahalaşıb...


Qazax
Qazax

-

Bugünlərdə Qazax rayonundakı kənd marşrutları avtovağzala köçürülüb. Halbuki, hələ sovetlər dönəmindən bu marşrutlar rayon bazarının qarşısından hərəkət edirdilər. Belə olan halda bazara həyətinin malını satmağa aparanlar, alverə gedənlər və bir sıra insanlar kənd marşrutundan düşüb «şəhərarası» nəqliyyata minməli olurlar. Bu da kənd sakinləri üçün 20 qəpik əlavə xərc deməkdir.

Bundan narazı qalan kənd sakinləri avtovağzalda yığışıb problemlərini mətbuat nümayəndələrinə bildiriblər. Onların dediyinə görə, qazandıqları beş-üç manatı da yola tökürlər, dolanışığa bir şey qalmır. Tələb ediblər ki, tezliklə problem həll olunsun.

«CAMAAT YAZIQ NEYLƏSİN?»

Qazax rayon Çaylı kənd sakini Kamal Göşiyev deyib:

Qazax
Qazax

«Çaylıdan Qazaxın mərkəzinə 4-5 kilometrdir. 40 qəpiyə gəlib 40 qəpiyə qayıtmaq bizə sərf eləmir. Burada institut tələbələri də var, müəllimlər də, bazar alverçiləri də. O boyda pulu xərcləməyə heç cür razı deyillər. Biri mən özüm. 5 kilo almam var, o da yol pulu ödəyir, çek pulunu ödəyir. Bəs, mən nəylə dolanım? Camaat yazıq neyləsin? Üsyana qalxmaq olmaz. Problem çox böyükdür, lakin maraqlanan yoxdur».

Kənd sakinlərindən Şövkət Mehrəliyeva da Kamal Göşiyevin dediklərini təsdiqləyib:

«Sualım odur ki, marşrutları niyə belə eləyiblər? Qabaqkı kimi işləməyi lazımdır bizə. Marşrut getsin bazarın qabağına. Hərə bir manat qazanır, bazardan satdığı ayın-oyundan, onu da yola verir. Bəs, nəylə yaşayacaq camaat? Necə dolanacaq? Bu qərarı verənlər heç bunu düşünüblər?»

Qazax rayon sakini Seyfəddin Cəfərov isə deyib ki, elə bil məmurlar üçün işləyirlər:

«BƏSDİR DƏ, CAMAAT CANA DOYDU...»

«Mən yüz manat maaş alıram. O da məmurlar tərəfindən mədəni şəkildə talanır. Kasıb ailənin oğluyam. Bu nədir? 40 qəpik burda ver, 40 qəpik orda ver. Özüm kamaxozda işləyən adamam. Fəhlə işləyirəm. Əllərimi qabar tutub. Elə bunu belə eləyən idilər, maaşı da artıraydılar. Bu nədir camaatın başına oyun açırlar? «Qazel»in içi dolu camaatdı, orda saxla, burda saxla... Bəsdi də, camaat cana doydu...»

Avtovağzalının rəisi Eyvaz Vəliyev
Avtovağzalının rəisi Eyvaz Vəliyev

«AVTOBUSLARIN BAZARIN QARŞISINDA DAYANMSI, TIXACA SƏBƏB OLUR»

Məsələ ilə bağlı Qazax rayon Avtovağzalının rəisi Eyvaz Vəliyev də danışıb. O deyib ki, bu məsələ çoxdan olmalı idi. «Bizim avtovağzalımız var və bütün avtobuslar burda dayanmalıdır. Avtobusların bazarın qarşısında dayanmsı mərkəzi küçələrdə tıxaclara səbəb olur».

XS
SM
MD
LG