Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:31

"Nabat” üç mükafatı birdən qazandı...


63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalı
63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalı

-

“Nabat” bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg) üç mükafata layiq görülüb.

”Azərbaycanfilm” kinostudiyasının yaydığı xəbərə görə, film “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin (Independent International Jury) rəyinə əsasən, insan əzminin hekayəsini təsirli və ümumbəşəri şəkildə əks etdirən ən yaxşı film kimi Festivalın “Mannheym-Heydelberq mükafatı”na (Mannheim-Heidelberg Award) layiq görülüb.

Bu festivalın üç əsas mükafatından biridir.

“Nabat” bədii filmi eləcə də “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin nüfuzlu “Beynəlxalq Kinotənqidçilər Mükafatı”nı (International Film Critics’ Prize) alıb.

Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən, film “Ecumenical Jury mükafatı"na da layiq görülüb.

Mükafatların təqdimolunma mərasimində filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov,Fərhad İsrafilov və başqaları canlandırıblar.

XS
SM
MD
LG