Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06

Putin cavabdan yayınır-Mətbuat icmalı


Putin ARD televiziyasına müsahibə verir

Putin ARD televiziyasına müsahibə verir

Ukraynadakı separatçılar silahı hardan alır? Putin cavabdan yayınıb.

Dünya maliyə sisteminə Ukrayna-Rusiya münaqişəsi İslam dövləti yaraqlılarının müharibəsindən daha təhlükəlidir – investorların və analitiklərin sorğusu.

Facebook işgüzar kontaktlar üçün yeni sosial şəbəkə yaradır.

Dünya mediası bu gün nədən yazır?

Almaniyanın ARD televiziyası Putindən müsahibə götürərkən soruşub ki, Moskva Ukraynanın şərqindəki separatçıları silahlandırırmı? Putin birbaşa cavabdan yayınıb. O deyib :”onlarda zirehli texnika və artilleriya hardandır? Müasir dünyada kimsə mübarizə aparırsa və bu mübarizəni ədalətli hesab edirsə, silahı həmişə tapacaq”.

BBC-nin bu barədə verdiyi xəbərə görə, Putin bununla belə, əlavə edib ki, Rusiya Kiyevə imkan verməyəcək ki, Donbasda siyasi opponentlərini məhv etsin.

Putin deyib: “İndi Ukraynanın şərqində hərbi əməliyyatlar gedir. Ukraynanın Mərkəzi hakimiyyəti orda hətta ballistik raketlərdən istifadə edir. Bundan bir nəfər danışır? Bir söz belə,demirlər. Bu o deməkdir ki, siz Ukrayna hakimiyyətinin orda siyasi opponentlərini məhv etməsini istəyirsiniz. Siz bunumu istəyirsiniz? Biz qoymarıq!”.

Putin Qərbi kompromiss variant tapmağa çağırıb. O deyib: “Gəlin, bu ərazilərdə hansısa bir vahid siyasi məkana razılaşaq. Biz bu istiqamətdə hərəkət etməyə hazırıq, ancaq birlikdə”.

Putin deyib ki, Qərb Rusiya banklarına qarşı sanksiyalarla Ukrayna iqtisadiyyatını dağıdır. Çünki Ukrayna iqtisadiyatını Rusiya bankları kreditləşdirirdi.

O həmçinin deyib ki, Rusiya Ukraynadan keçən il verdiyi 3 milyard dollarlıq kreditin vaxtından qabaq qaytarılmasını tələb etməyəcək. Putin deyib ki, kreditin şərtinə görə, Ukraynaın borcu ÜDM-un 60 faizinə çatanda Rusiya verdiyi krediti geri istəyə bilər.

Ukrayna prezidenti Petro Poroshenko Almaniyanın Bild qəzetinə deyib ki, Kiyev kompromissə hazırdır. Ancaq prezident hesab edir ki, total müharibə də mümkündür, çünki Rusiya razılaşma şərtlərinə əməl etmir.

Almaniyanın xarici işlər naziri Steinmaier Almaniyanın Welt am Sonntag qəzetinə deyib ki, Avropa Birliyi Donbas separtaçılarına qarşı sanskiyalar tətbiq edə bilər. Ancaq o, Rusiyaya qarşı yeni sanksiyaların əleyhinə danışıb.

DÜNYA MALİYYƏ SİSTEMİNƏ ƏN BÖYÜK TƏHLÜKƏ

“Dünya maliyyə sisteminə ən böyük təhlükə nədir?” bu kimi suallarla Bloomberg xəbər saytı öz abunəçiləri olan 510 investor, treyder, analitik arasında sorğu keçirib. Rəyi soruşulanların 52 faizi deyib ki, ən təhlükəli amil Rusiya-Ukrayna münaqişəsidir. Bu münaqişə dünya maliyyə sisteminə İslam dövləti yaraqlılarından, Ebola xəstəliyindən daha təhlükəlidir.

İslam Dövləti yaraqlılarını dünya maliyyə sisteminə ən böyük təhlükə hesab edənlər 26 faiz, Ebola xəstəliyinimaliyyə sisteminə ən böyük təhlükə hesab edənlər isə 5 faiz olub.

Sorğudabaşqa sual belə olub ki, neftin aşağı qiymətindən ən çox kimə ziyan dəyəcək? Cavab verənlərin 51 faizi deyib ki, Rusiyaya. 21 faiz Venesuelanın, 12 faiz Səudiyyə Ərəbistanının, 6 faiz İranın adını çəkib.

Bəs neftin aşağı qiymətindən kim ən çox faydalanacq?

31 faiz deyib ki, ABŞ. 18 faiz Çinin, 15 faiz Yaponiyanın, 11 faiz isə Hindistan və Avropanın adını çəkib.

Sorğuda iştirak edən avropalı ekspertlərin bu son suala cavabı digər regionların ekspertlərindən kəskin fərqlənir. Avropalı ekspertlərin, investorların çoxu əmindir ki, ucuz neftdən Avropa və Asiyanın inkişaf etmiş ölkələri daha çox udacaq, nəinki ABŞ.

FACEBOOK YENİ SOSİAL ŞƏBƏKƏ YARADIR

Facebook işgüzar ünsiyyət üçün yeni social şəbəkə yaradır- Facebook at Work. Bunu Financial Times qəzeti yazır.

Yeni şəbəkə adamlara öz həmkarları ilə ünsiyyət qurmağa, peşəkar kontaktları genişləndirməyə imkan verəcək. Qəzet yazır ki, Facebook at Work Google Drive və Linkedin-ə rəqib olacaq.

Financial Times bu məlumata Facebook-dan şərh almaq istəyib, ancaq Facebook danışmaq istəməyib. Qəzet yazır ki, bu da izah olunandır. Çünki bir çox şirkətlərdə social şəbəkələrdsən istifadə qadağandır, bu şirkətlərin rəhbərliikləri düşünür ki, social şəbəkələr onlarlın işçilərini işdən ayırlır və məhsuldarlığını aşağı salır. Ona görə Facebook at Work bir sıra çətinliklərlə üzləşə bilər.

Financial Times daha sonra yazır ki, yeni social şəbəkədə xəbər lenti olacaq və dostları qruplara bölmək mümkün olacaq. Kim istəsə, şəxsi fotoları, dincəldiyi yerdən videoları həmkarları üçün bağlı edəcək. Hazırda Facebook at Work pilot layihə şəklində bir neçə şirkətdə sınaqdan keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG