Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:09

Obama amerikalı girovun İD tərəfindən öldürüldüyünü təsdiq etdi


Peter Kassig 2013-cü ildə girov götürülmüşdü.
Peter Kassig 2013-cü ildə girov götürülmüşdü.

26 yaşlı Kassig girovluqda İslamı qəbul etdikdən sonra həm də Abdul-Rahman adı ilə tanınırdı.

ABŞ prezidenti Barack Obama daha bir amerikalı girov – Peter Kassig-in İslam Dövləti təşkilatından olan yaraqlılar tərəfindən başının kəsilərək öldürüldüyünü təsdiq edib.

Kassig-in öldürülməsini nümayiş etdirən İD videosunda xəbərdarlıq edilir ki, Birləşmiş Ştatların başqa vətəndaşları da Amerika küçələrində öldürüləcəklər.

Cənab Obama bu hadisəni “dünyanın haqlı olaraq qeyri-insaniyyətlə əlaqələndirdiyi terrorçu qrupun şər əməli” adlandırıb.

Təşkilat tərəfindən yayıldığı iddia edilən videoda Kassigin edam edilməsinin elanı ilə yanaşı, Suriya prezidenti Bashar al-Assad-a sadiq zabit və pilot olduqları söylənən azı on dörd nəfərin başlarının kəsilməsi nümayiş etdirilir.

26 yaşlı Kassig girovluqda İslamı qəbul etdikdən sonra həm də Abdul-Rahman adı ilə tanınırdı.

Valideynlərinin dediyinə görə Peter Kassig 2013-cü il, oktyabrın 1-də Suriyanın Deyr al-Zor şəhərinə gedərkən yolda girov götürülüb.

Prezidentin başsağlığı

“Bu gün biz həm də Peter kimi tanıdığımız Abdul-Rahman Kassig-in valideynlərinə və ailəsinə dualarımızı və baş sağlığımızı yetiririk” – deyib Barack Obama.

Prezident bu xəbəri Avstraliyadakı G20 sammitindən qayıdarkən alıb.

15 dəqiqəlik videoda Kassig-in edan edilməsi görünməsə də, keçmiş ABŞ əsgərinin kəsilmiş qanlı başı maskalı şəxsin ayaqları altında nümayiş etdirilir.

Əvvəlki videolarda olduğu kimi yenə də Britaniya ləhcəsi ilə danışan “həmin maskalı adam”, “bu ABŞ vətəndaşı Peter Edward Kassig-dir” deyir.

Video İslam Dövlətinin istifadə etdiyi cihadçı internet saytına yerləşdirilib.

Yenə də Britaniya ləhcəsi

Kassig-in valideynləri Ed and Paula deyiblər ki, onlar oğullarının girovçuların istədiyi bir şəkildə yox, onun gördüyü işlərə və dostları ilə paylaşdığı sevgiyə görə xatırlanmasını istərdilər.

Mətbuat diqqəti videodakı maskalı şəxsin əvvəlki girovların qatili sayılan və mediada “Cihadçı John” adlandırılan yaraqlının cənubi Britaniya ləhcəsində danışmasına çəkir.

Reuters agentliyinin məlumatına görə, bəzi mənbələr bu şəxsin İD liderlərinin ötən həftə beynəlxalq koalisiyanın hava zərbələrinə hədəf olmuş yığıncağında yaralandığını xəbər verirlər.

Fransanın gündəlik “Le Figaro” qəzeti yazır ki, rəsmi Paris Kassig-i edam etmiş şəxslərin arasında Fransa vətəndaşlarının olub-olmadığını araşdırır.

Sonuncu videonun simvolizmi

Mətbuat və ekspertlər qeyd edirlər ki, sonuncu video İD-in əvvəlki edam videolalarından məzmun və simvolizmi ilə fərqlənir və o “bədii” baxımdan daha ekspressiv hazırlanıb.

Videodakı maskalı şəxs ABŞ prezidentinə müraciətlə deyir: “Roma iti Obamaya. Bu gün biz Bashar-ın əsgərlərini qətliam edirik, sabah sənin əsgərlərini qətliam edəcəyik”.

Bir sıra şərhçilər İD-in bununla ABŞ-ın cihadçılarla mübarizəyə quru qoşunlarını göndərəcyi ehtimalına işarə vurur. Həmin şərhçilərin iddialarına görə belə bir ssenari, daha çox qarışıqlıq yaratması ilə,hətta İD-ə daha çox sərf edərdi.

“Qiyamətin carçıları”

Bu videonu əvvəlkilərdən fərqləndirən digər cəhət onun formatıdır. Bu videoada əvvəlki edamların icmalı verilir, qətllərin icraçıları üzlərini maska ilə örtməyiblər və hətta edam yerinin adı – Dəbiq olaraq vurğulanlır.

Bu məsələyə Britaniya televiziyalarından Channel 4 (Dördüncü kanal) telekanalının xəbərlər üzrə redaktoru Lindsey Hilsum öz müsahibəsində aydınlıq gətirib.

O deyib ki, bu dəfə görüntülərin iştirakçıları bir aktyor kimi “kameraya işləyiblər”.

Hilsumun sözlərinə göerə bu artıq təbliğat tağalağı yox, əsl rəmzi fəlsəfə interpretasiyasıdır.

Redaktorun sözlərinə görə yer və ya onun adı da təsadüfən seçilməyib.

“Məhəmməd peyğəmbər deyib ki, Qiyamət günü müsəlmanlar Romanı əl-Amaq və ya Dəbiqdə məğlub etdikdən sonra olacaq. Bu isə Türkiyə-Suriya sərhədi boyunca iki yerin adına uyğun gəlir. Bundan başqa cənab Kassig-i qətlə yetirən şəxs kimi təqdim olunan maskalı prezident Obamaya “Roma iti” kimi – yəni xristianlığın nümayəndəsi kimi müraciət edir. Beləliklə, bu videoda cihadçılar özlərini sadəcə döyüşçü yox, Qiyamətin carçısı kimi təqdim edirlər”.

“Sky” televiziyasının verdiyi xəbərlərə görə, hazırda “Cihadçı John”a aid edilən dörd səs nümunəsinin, qatil olduğu düşünülən şəxsin və videoda görünən yerin analizi keçirilir.

İlkin araşdırmalar sonuncu videodakı məkanın Dəbiq məntəqəsinə yaxın olduğunu göstərib.

Abdur-Rahman, yoxsa Peter Edward?

Daha bir diqqət çəkən məqam budur ki, girov videoada Abdul-Rahman kimi yox, xristian adı ilə təqdim olunub. Yəni cihadçılar bununla da İslamı qəbul etmiş şəxsi yox, amerikalını öldürdüklərini vurğulayıblar.

Videonun müəllifləri burda şübhəyə yer qoymayıblar.

Başkəsənlər briqadasının rəhbəri olduğu düşünülən maskalı şəxs deyir ki, Kassig Dəbiqdə dəfn edilib:

“Biz burada ilk Amerika səlibçisini basdırırıq və sənin qalan qoşunun gəlişini səbirsizliklə gözləyirik” – deyə müraciət edir maskalı.

Məhz buna görə də bəzi şərhçilərin fikrincə, prezident Obamanın öz başsağlığında “Peter kimi tanıdığımız Abdur-Rahman” deməsi müəyyən ziddiyyətli qitymətləndirmələrə səbəb ola bilər.

Bundan əvvəlki İD videosunun yayınlanmasının ardınca ABŞ kəşfiyyatı “Cihadçı John”un şəxsiyyətinin müəyyənləşdirildiyini elan etmişdi, lakin indi səsin birdən daha çox şəxsə aid ola bilcəyi də düşünülür.

İD uğursuzluqdan qəzəblənib

“Quilliam” analitik-araşdırma mərkəzindən tədqiqatçı Charlie Winter deyib ki, İD-in bu videosu öz qəddarlığı ilə əvvəlki videoları kölgədə buraxıb, bu isə cihadçıların son dərəcə qəzəbləndiklərini göstərir.

Cənab Winter güman edir ki, bu, İD-in hücum əməliyyatlarının divara dirənməsi ilə bağlı ola bilər.

Londondakı Kings Kollecindən Peter Neumann isə bildirib ki, Kassig-in öldürülməsi və növbəti qurbanının nümayiş etdirilməməsi onu göstərir ki, cihadçıların əlində daha “sanballı” girov qalmayıb.

Kassig 2012-ci ildə Suriya qaçqınlarına kömək üçün yaratdığı Xüsusi Təcili Yardım Xidmətində çalışırdı.

Bundan əvvəl o ABŞ əsgəri kimi İraq müharibəsində iştirak etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG