Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:17

Müsbət Dəyişiklik bağlandı


Bəxtiyar Haciyev
Bəxtiyar Haciyev

Müsbət Dəyişiklik Gənclər Hərəkatı ofisini qeyri-müəyyən müddətə qədər bağlayır. Bu barədə təşkilatın həmtəsisçisi Bəxtiyar Haciyev məlumat yayıb.

O Facebook səhifəsində təşkilat haqda məlumatı yayıb:

"Çox böyük təəssüf hissi ilə bildiririk ki, Azərbaycan hakimiyyəti Qeyri-Hökümət Təşkilatlarının (QHT) fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində qanunvericiliyə etdiyi dəyişikliklər nəticəsində hərəkatımızın fəaliyyətini praktiki olaraq mümkünsüz etdiyindən Müsbət Dəyişiklik Gənclər Hərəkatı ofisini qeyri-müəyyən müddətə bağlayır. Hərəkatımız son illərdə bir çox maarifləndirici layihələr reallaşdıraraq, gənclərin ictimai fəallığının artırılması, cəmiyyətdəki müsbət dəyişikliklərin həyata keçirilməsi üçün gənc liderlərin formalaşdırılması istiqamətində çalışmışdır. MD Kitab Klubu, "Öyrən, Liderlik et, xidmət göstər" seminarlar silsiləsi, "Birlik üçün oxu" kimi layihələrimiz bir çox gənclərin, cəmiyyətin müxtəlif kəsimlərinin marağını cəlb etmişdir.

Bəxtiyar Haciyev - 2012
Bəxtiyar Haciyev - 2012

Lakin, son zamanlar QHT-lərin fəaliyyəti haqqında qanunvericiliyə edilən dəyişikliklər hərəkatımızın beynəlxalq donorlar tərəfindən təsdiq edilmiş layihələrimizin reallaşdırılmasının qarşısını almışdır. Ümid edirik ki, qısa müddətdə həm beynəlxalq donorların, həm də müstəqil təşkilatların fəaliyyətini imkansız edən dəyişikliklər aradan qaldırılacaq. QHT-lərin qeydiyyatı və qeydiyyatsız könüllü fəaliyyətin asanlaşdırılması istiqamətində ciddi addımlar atılacaqdır."

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG