Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:27

2013-cü idlə Norveç Xarici işlər nazirliyinin gərgin müsabiqədə, yüzlərlə namizəd arasından seçdiyi 15 aspirantdan biri də Azərbaycan əslli Elnur Həsənov idi. Hazırda Norveç xarici işlər nazirlyinin beynəlxalq münasibətlər və qlobal iqtisadiyayr şöbəsində çalışır. Onunla Osloda söhbət edirik. Üzrxahlıq edir ki, müsahibəni Azərbaycan dilində verə bilməyəcək – sadə ünsiyyət səviyyəsində qoruduğu ana dilinin əvəzində mükəmməl danışdığı avropa dillərindən birini təklif edir. Əlbəttə bizi maraqlandıran onun Norveç tarixçəsidir.

- Bakıda anadan olmuşam, körpə yaşlarımda ailəm Moskvaya köçüb. Orta məktəbə də orada getmişəm.Sonra da Norveçə, Honefoss şəhərinə köçmüşük. İlkin təhsilimi burada başa vurmuşam.


- Honefoss komandasının azarkeşi olarsan, bəs Qarabağ, Neftçi necə?


- Əlbəttə, Honefoss dünyanın ən yaxşı klubudur, Qarabağ və Neftçini isə təəssüf ki, izləmək imkanım olmayıb. Amma bazar günü Avropa seçmə oyunlarında Norveçlə Azərbaycan oynayacaq.


- Kimin tərəfindəsən? Azərbaycan yoxsa Norveç?

- Çətin məsələdir...

- Çətin niyə olur? Hansı birinci qol vurdu ona da azarkeşlik edirsən...

- O zaman Norveç alınır axı...

- Baxarıq. Bəs diplomatiya sahəsinə necə düşmüsən, siyasətşünasliq oxumusan?

- Elədir, Oslo univeristetində politologiya oxuyandan sonra bir il Vyanda alman dili və beynəlxalq münasibətləri öyrənmişəm.Sonra da Norveç təqaüdü ilə Bostonda siyasi iqtisad üzrə master dərəcəsinə yiyələnmişəm.

- Gündəlik həyatında Azərbaycanla bağlı suallara tez-tezmi rast gəlirsən? Soruşurlarsa, nədir onları maraqlandıran, ədəbiyyat, mədəniyyət, siyasət?

- Elədir, haralı olduğunu bilən dostlarım və iş yoldaşlarım məni Azərbaycan və region üzrə ekspert olmasa da, hər halda məlumatlı bir şəxs kimi nəzərdən keçirirlər. Soruşduqları da əsasən mədəniyyət və siyasətdir, ədəbiyyat nisbətən az olur.

- Azərbaycan və Norveçin ümumi və fərqli cəhətlərinə misal gətirməli olsaydın nəyi göstərərdin?

- Böyük mənada yəqin ki, hər ikisinin neft ölkəsi olduğunu, iqtisadiyyatın, geosiyasətin də enerji faktoru üzərində qurulmasını oxşar cəhət kimi göstərərdim, baxmayaraq ki, bu ölkələrdə neft gəlirlərinin istifadəsində və idarə olunmasında müxtəlif yanaşmalar var.

Fərqli cəhət kimi isə Norveçdə və Azərbaycanda insan haqları dəyərlərinə münasibəti göstərmək olar ki, bu fərq də öz növbəsində cəmiyyətin xarakterində əksini tapır.

- Yəqin ki, gənc qız oxucularımız maraqlanacaq, evlisən?

- Subayam.

- Müsahibə üçün təşəkkürlər, sənə uğurlu diplomatik karyera arzulayırıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG