Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:01

Ukrayna dövlət qurumları və bank xidmətlərini bağlayacaq


 Petro Poroshenko

Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko noyabrın 15-də Donetsk və Luqansk ərazisində dövlət qurumlarının və bank xidmətlərinin bağlanması ilə bağlı bir neçə fərman verib.

Qərarlardan birində göstərilir ki, bir həftə ərzində təşkilatlar, dövlət qurumları, şirkətlər bağlanılmalı və işçilərin icazəsi ilə onlar evakuasiya edilməli, mümkün sənədlər və avadanlıqlar çıxarılmalıdır.

Fərmanda deyilir ki, “Ukrayna daha onları maliyyələşdirməyəcək. Bura məktəblər, uşaq bağçaları və xəstəxanalar daxildir”.

Kiyev separatçıların nəzarətində olan ərazilərə maliyyəni tamamilə dayandırıb.

Ukraynanın şərqinin iqtisadi mühasirədə olması fikrini Putin “böyük yanlışlıq”adlandırıb. Rusiya prezidenti Vladimir Putin noyabrın 16-da bildirib ki, rəsmi Kiyev belə düşünməklə böyük səhv edir.

G20-in sammitində çıxış edən Putin bildirib ki, Ukrayna prezidenti Petro Poroshenko ilə danışıqlar üçün addım atmağı planlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG