Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35

İŞİD terrorçusu Amerikalı tibb işçisini öldürüb


İŞİD terrorçusu Amerikalı təcili yardım işçisini öldürdüyünü bildirir

İŞİD terrorçusu Amerikalı təcili yardım işçisini öldürdüyünü bildirir

Amerikalı təcili yardım işçisi Abdul- Rahman Kassigin öldürülməsi ilə bağlı internetə video paylaşılıb. Videoda üzübağlı İŞİD terrorçusu kəsilmiş başın yanında dayanıb. O, kəsilmiş başın Abdul-Rahman Kassigə aid olduğunu deyir. Videoda başqa şəxslərin də öldürülməsi görüntüləri var.

ABŞ kütləvi qətlin yer aldığı videonun doğru olub-olmadığını araşdırır. Peter adı ilə də tanınan Abdul- Rahman Kassig ötən il əsir götürülmüşdü.

Əgər onun ölümü təsdiqlənərsə, 26 yaşlı Abdul- Rahman Kassig qərb ölkələrindən beşinci öldürlən əsir olacaq. Ondan əvvəl Britaniyalı Alen Henning, David Haines, amerikalı jurnailst James Foley və Steven Sotloff öldürülmüşdü.

Kassingin valideynləri ötən ay ondan məktub almışdı. Məktubda deyilir:

"Əsirlikdə olmaq çox çətindir. Qorxu, stress, ağılasığmaz gərginlik var. Onlar bizə deyirlər ki. sizi axtarmırlar artıq, unudulmusunuz. Əlbəttə, mən bilirəm, siz bacardığınızı edirsiz".

Abdul- Rahman Kassig təcili tibbi yardımın işçisi kimi treninq keçimişdi. O, 2012-ci ilin mayında Leobnana səfər etmişdi. Kassig sərhəd bölgəsində Fələstin və Suriyadan gələn qaçqınların müalicəsi ilə məşğul olub.

Həmin il o "Xüsusi təcili yardım" təşkilatı yaradıb və Suriya Türkiyə sərhədinə gəlib. O təşkilatı ilə Suriya daxilində zərərçəkmiş sivillərə yardımlar edib. Kassig təşkilatın işini davam etdirərkən, 2013-cü ilin oktyabr ayında Suriyanın şərqinə səfəri zamanı əsir götürülüb.

XS
SM
MD
LG