Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

Əfqanıstanda qadın hüquq müdafiəçisi suiqəsddən salamat qurtulub. Hadisə noyabrın 16-da parlament binası yaxınlığında olub. Əfqan polisi ətrafdan keçən 3 nəfərin öldüyünü bildirib.

Daxili işlər nazirlyinin sözcüsü deyib ki, hüquqmüdafiəçisi Shukriya Barakzai yaralansa da vəziyyəti yaxşıdır.

Sözcü bildirir ki, suiqəsddə 20 nəfər yaralanıb.

Digər hüquq müdafiəçisi Shinkay Karokhil FransaPress agentliyinə bildirib ki, əslində hədəf parlamentarilərin konvoyu olub.

Barakzai qadın hüquqları fəalı və prezident Ashraf Ghaninin yaxın müttəfiqidir.

O bir neçə dəfə ölümlə təhdid edilib. Suiqəsdə görə məsuliyyəti heç bir quruplaşma üzərinə götürməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG