Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

Keçmiş prezident Amerikanın “ikili siyasəti”ndən danışıb


 Hamid Karzai

Hamid Karzai

Əfqanıstanın keçmiş prezidenti Hamid Karzai Amerikanın Əfqanıstana qarşı “ikili siyasəti” regionda ekstermizimin genişlənməsinə gətirib çıxardığını deyib.

Karzai noyabrın 14-də AzadAvropa və AzadlıqRadiosu-na bildirib ki, ABŞ-ın bəzi yüksək rütbəli rəsmiləri ona qonşu Pakistanda Əfqanıstan daxilindəki hücumlarda məsuliyyət daşıyan terrorçular gizlədildiyini deyib.

Kabulda verdiyi ekskluziv müsahibədə Karzai bildirib ki, Birləşmiş Ştatlar “həm oğrunu oğurluğa təşviq edən, həm də evini qoruyan evsahibidir (tazıya tut deyir, dovşana qaç)”.

Keçmiş prezident deyir ki, Əfqanıstanda 13 ildir davam edəm müharibələr istənilən nəticəni verməiyb. Keçmiş prezident “ekstermizimin nəyinki kökünü kəsmək mümkün olub, o regionda əməllicə genişlənib”- deyə bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG