Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Həbsdə olan jurnalistlər əfv edilə bilər


ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti

Həbs edilən və işi məhkəmədə olan jurnalistlər əfv edilə bilər. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti deyir ki, onun oktyabrın 9-da prezident İlham Əliyevlə görüşündə belə bir razılıq əldə edilib.


Cənab Haraşti bildirir ki, onun səfəri Azərbaycanda mətbuatın vəziyyətinin pisləşməsi ilə bağlıdır: «Vəziyyət getdikcə pisləşir, son aylar jurnalistlər həbs olunub, məhkəmələrə çəkilib. Situasiya pisə doğru gedir. Ən təəssüf doğuranı isə odur ki, hökumət vəziyyəti dəyişdirmək istəmir».


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı istintaqın gedişinə toxunan ATƏT rəsmisi, «versiyalar tez-tez dəyişdirilir, ortaya inandırıcı dəlillər qoyulmur» - deyib.


«Azadlıq» qəzetinin bu günlərdə 3 il həbs cəzası almış əməkdaşı Sakit Zahidovun işinə toxunan Miklos Haraşti, «mən ümidvaram ki, o, apellyasiya məhkəməsində bəraət alacaq» - deyib.


Oktyabrın 9-da isə Mətbuat Şurasının sədri Əflatun Amaşov həbsdə olan jurnalistlərin əfv edilməsiylə bağlı prezident İlham Əliyevə müraciət etmişdi.


«Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahdiov narkotik maddə saxlamaqda ittiham edilərək 3 il, «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli şərəf və ləyaqətin təhqir olunmasında günahlandırılaraq 1 il, «Böyük Millət» qəzetinin baş redaktoru Samir Adıgözəlli isə böhtan atmaqda təqsirləndirilərək 1 il azadlıqdan məhrum edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG