Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:15

Azərbaycan İsveçrə və Norveçlə viza rejimini sadələşdirəcək


Azərbaycan İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında sazişlərin imzalanmasına hazırlığı başa çatdırıb. Bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, bütün dövlət daxili prosedurlar başa çatdırılıb və sənədlərin yaxın vaxtlarda imzalanması gözlənilir:

"Razılaşmaya əsasən, Şengen zonasına daxil olan İsveçrə və Norveçlə sadələşdirilmiş viza rejimi Avropa İttifaqı ilə sazişlərin şərtlərinə uyğun olacaq".

Mahmud Məmməd-Quliyev əlavə edib ki, Norveç və İsveçrədən başqa, sazişə qoşulmamış digər ölkələrlə hazırkı mərhələdə danışıqlar aparılmır:

"Əgər belə zərurət yaranarsa, bu ölkələrlə də viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında ayrıca saziş imzalanacaq".

Aİ ölkələri ilə saziş bu il sentyabrın 1-də qüvvəyə minib. Mövcud saziş Aİ-yə daxil olan Danimarka, Böyük Britaniya və Şimali İrlandiya, həmçinin Şengen zonasına qoşulmuş İslandiya, Norveç, İsveçrə və Lixtenşteyinə şamil edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG