Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:00

Məhşur İran müğənnisi Morteza Pashaei vəfat edib. Sevənləri onu yad etmək üçün İranın bir neçə şəhərində toplaşıblar, küçələrdə onun xatirəsinə şamlar yandırıb, mahnılarını ifa edirlər.

Polisin bu toplaşmalara müdaxiləsi toqquşmalar və bir neçə şəxsin həbsi ilə nəticələnib.

30 yaşlı Pashaei mədə xərçəngindən əziyyət çəkirdi. O noyabrın 14-də müalicə aldığı klinikada ölüb. Mərhumla vida mərasimi Teharın Vahdat Hall-unda noyabrın 16-da keçiriləcək.

Pashaei ötən ilin sentyabrında mədə xərçəngi olduğunu öyrənib. Buna baxmayaraq aktiv musiqi həyatına davam edib.

Pashaei 14 yaşından gitarada ifa edirdi. Onun ən məhşur albomları isə "Orada kimsə var", "Sevginin adı"dır.

Günün bütün mövzuları

XS
SM
MD
LG