Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:35

İlham Əliyev cəbhədəki vəziyyətlə bağlı göstəriş verdi


İlham Əliyev cəbhə bölgəsində - 6 avqust 2014

İlham Əliyev cəbhə bölgəsində - 6 avqust 2014

-

Noyabrın 15-də prezident İlham Əliyev Şəmkir hərbi birliyinin yeni qərargah binasının açılışında iştirak edib.

Məlumatı AzərTAc yayıb.

Ali baş komandana Azərbaycan-Ermənistan sərhədi boyu və təmas xəttindəki vəziyyət barədə məlumat verilib.

İlham Əliyev bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin təmas xəttini pozması ilə bağlı təxribatı pisləyib və Azərbaycan ordusunun bu təxribatın qarşısını uğurla almasını yüksək qiymətləndirib.

Dövlət başçısı Azərbaycan hərbçilərinin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əminliyini bildirib.

Prezident vəziyyətlə bağlı müvafiq göstərişlərini verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG