Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:13

Musavat bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb


Müsavat
Müsavat

-

Müsavat Partiyası bələdiyyə seçkiləri üzrə namizədliyin irəli sürülməsi mərhələsində yaradılan süni əngəllərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bu cür maneələr əhalinin bələdiyyə seçkilərinə olan inamsızlığını daha da möhkəmləndirir:

«Müsavat Partiyası Mingəçevir rayon təşkilatından şəhər bələdiyyəsinə namizədliyi irəli sürülən üç partiya üzvünün namizədliyinin təsdiq edilməsi və onlara imza vərəqələrinin verilməsi 47 saylı Dairə Seçki Komissiyası tərəfindən süni şəkildə yubadılır. Eyni zamanda partiya üzvlərinin seçkilərə müşahidəçi kimi qatılmaları üçün təqdim edilən sənədlər DSK tərəfindən qəbul olunmur. Zaqatala rayonunda isə bu məsələdə yerli icra hakimiyyətləri maneçilik törədir».

Bəyanatda qeyd olunanların Seçki Məcəlləsinə zidd olduğunu bildirilir:

«Bu halı hakimiyyətin bələdiyyə seçkilərində müxalifətin iştirakına maneçilik yaratmaq niyyətinin nəticəsi kimi dəyərləndiririk. Partiya qanun pozuntularının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dərhal aradan qaldırılmasını tələb edir».

Azərbaycanda bələdiyyələrə seçkilər bu il dekabrın 23-də keçiriləcək

XS
SM
MD
LG