Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Obama: Ukraynaya qarşı aqressiya bütün dünyaya təhdiddir


Barack Obama
Barack Obama

-

Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya aqressiyasının qarşısının alınması üçün dünya ictimaiyyətinin göstərdiyi səylərdə aparıcı rol oynayır.

Bu sözləri ABŞ prezidenti Barak Obama noyabrın 15-də Avstraliyada deyib.

O, «Böyük iyirmilik» sammitinin açılışı günündə Brisbenin Kvinslend Universitetinin tələbələri qarşısında çıxışında Ukraynaya qarşı təcavüzü bütün dünyaya təhdid adlandırıb.

ABŞ prezidenti buna sübutlardan biri kimi Ukraynanın şərqində Malayziyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasını göstərib.

Ukrayna hökuməti ilə yanaşı, Qərb liderləri də hesab edir ki, həmin təyyarəni rusiyapərəst separatçılar vurub. İyulun 17-də baş verən qəzada 298 nəfər həlak olub. Onlardan 38-i Avstraliya vətəndaşı olub.

«ABŞ yaxınlarını itirən avstraliyalı ailələrin dərdini bölüşür. Biz, həmçinin, bu hadisənin ədalətli araşdırması ilə bağlı sizin xalqın tələbi ilə də bölüşürük», - deyə Obama bildirib.

XS
SM
MD
LG