Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:07

Naxçıvana uçuş güzəştlərinin tətbiqinə başlanıldı


Foto: Arxiv
Foto: Arxiv

-

Noyabrın 15-dən Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan sərnişinlərlə bağlı güzəştlərə dəyişiklik tətbiq edilir.

Nazirlər Kabinetinin təsdiqlədiyi dəyişikliyə görə, artıq bu xətlə yalnız 2 yaşına kimi uşaqlar pulsuz səyahət edə biləcək. 2-12 yaş arası uşaqlara bilet 10 manat güzəştlə satılacaq. Bu güzəşt il ərzində 2 dəfə nəzərdə tutulur. Bundan əvvəl isə 5 yaşına kimi uşaqlara bilet nəzərdə tutulmurdu.

Əlavə olaraq, yeni dəyişikliyə görə, 1-ci və 2-ci qrup əlillərə də bilet il ərzində 2 dəfə olmaqla 10 manatlıq güzəştlə satılacaq.

Bakı-Naxçıvan, Naxçıvan-Bakı xətti üzrə uçuş biletinin dəyəri 70 manatdır. Biletin dəyərinin 20 manatını dövlət ödəyir. Kassalarda bilet 50 manata satılır.

XS
SM
MD
LG