Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

Ukrayna məsələsi «Böyük-20»lərin sammitində müzakirə olunacaq


G20 liderlərinin ilk plenar iclası – 15 noyabr 2014

G20 liderlərinin ilk plenar iclası – 15 noyabr 2014

-

Avropa ölkələrinin rəhbərləri və ABŞ «Böyük 20-lər»in noyabrın 15-də Avstraliyanın Brisben şəhərində keçirilən sammitində pisləşməkdə olan Ukrayna konfliktini müzakirə edəcəklər.

Bu haqda Avropa Şurasının prezidenti Herman Van Rompuy məlumat verib.

O, qeyd edib ki, konfliktin aradan qaldırılması üçün Avropa ölkələri, sanksiyalar da daxil olmaqla, bütün diplomatik vasitələrdən istifadə etməyə hazırdırlar.

Herman Van Rompuy-in dediyinə görə, rəsmi Moskva münaqişəni gərginləşdirməkdə davam edərsə və Minskdə əldə olunan razılaşmaya əməl etməsə, Avropa Şurası əlavə vasitələri nəzərdən keçirəcək. Bu məsələ Avropa Birliyi ölkələrinin bazar ertəsi keçiriləcək iclasında müzakirə olunacaq.

Ukraynadakı vəziyyətin müzakirəsi sammitin gündəliyinə salınmayıb. Lakin, Böyük Britaniya da daxil olmaqla, bir sıra Avropa liderləri Rusiyanın Ukraynanın işlərinə müdaxiləsini pisləyən bəyanat yayıblar.

XS
SM
MD
LG