Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:34

İran Azərbaycanının siyasi fəallarına şallaq cəzası verilir


Təbrizdə 7 nəfərə 40 və ya 50 şallaq cəzası hökmü çıxarılıb

Təbrizdə 7 nəfərə 40 və ya 50 şallaq cəzası hökmü çıxarılıb

İran Azərbaycanında 2006-cı ilin may ayında «İran» qəzetində Azərbaycan türklərini təhqir edən karikatura və məqaləyə etiraz olaraq keçirilən aksiyalarda həbs edilənlərin bir çoxuna İran məhkəməsi şallaq cəzası verib.


Oktyabrın ayının ilk həftəsində Təbrizdə 7 nəfərə 40 və ya 50 şallaq cəzası verilib. İbrahim Dəşti, Vəhid Şıxbəyli, Cavad Fərəcpur, Həsən Cəfəri, Məhəmməd Əlipur, Rza Əbri və Firidun İbrahimzadə may ayı aksiyalarında iştirak etdikləri üçün həbs edilib, sonra zaminə buraxılıb.


Ərdəbil şəhərində də, 10 nəfərə yaxın fəala şallaq hökmü kəsilib. Bunlardan biri 16 yaşlı tələbə Həsən Balazadədir
Ərdəbil şəhərində də, 10 nəfərə yaxın fəala şallaq hökmü kəsilib. Bunlardan biri 16 yaşlı tələbə Həsən Balazadədir. Ərdəbil məhkəməsi ona 50 şallaq və 3 ay azadlıqdan məhrumiyyət hökmü çıxarıb. Tanınmış fəal Abbas Lisani isə ikinci dəfə şallaq cəzasına məhkum edilib.


Təbrizli 65 yaşlı bəstəkar və Azərbaycan musiqisi müəllimi Həsən Dəmirçi (Hərgülü) 1 il həbs və 50 şallaq cəzasına məhkum edilib.


O, may ayı aksiyalarından sonra həbs edilmişdi.



İran İslam Respublikasının şəriət qanunlarına əsasən şallaq cəzası islam qanunlarını pozanlara verilir. Siyasi fəallar o cümlədən də Azərbaycan fəalları 2004-cü ilə qədər şallaq cəzasına məhkum edilməmişlər. Şallaq cəzası ilə ilk dəfə iki il öncə Ərdəbil fəalları üzləşmişdi. 2004-cü ilin iyun ayında Abbas Lisani başda olmaqla Ərdəbilin siyasi fəalları şəhərin Sərçeşmə məscidində Ermənistanın rəsmi heyətinin İran Azərbaycanına səfərinə etiraz olaraq aksiya keçirmişdi. Aksiya iştirakçılarının əksəriyyəti nəzarət altına alınıb. Onların 8-i 80 min tümən cərimə və 15 şallaq hökmü ilə üzləşmişdi. Həmin hökmə etiraz olaraq azərbaycanlı siyasi fəallar bəyanat imzalamışdı. Bəyanatı imzalayanların fikrincə, Tehran hökumətinin addımları siyasi fəallara qarşı təhqir mahiyyəti daşıyırdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG