Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

-

Ukraynalı Lubomyr Melnyk dünyanın ən sürətli pianoçusu sayılır.

Onun sürəti saniyədə 19,5 notdur. (Video burda)

Bu cür ifanı 65 yaşlı bəstəkar-pianoçu “davamlı musiqi” adlandırır və deyir ki, 1650-ci ildən bəri pianoda ifa tərzində heç bir dəyişiklik olmayıb, “Scarlatti nə edirdisə, 300 il sonra Rachmaninoff və Prokofiev də eyni şeyi edirdi”, bu baxımdan o öz ifa tərzini yenilik sayır.

Melnyk-in sözlərinə görə, ənənəvi ifa tərzində pianoçu hər bir notun təmiz səslənməsinə çalışır, onun üçünsə bu, problem deyil:

“Davamlı musiqi zamanı sən səhv edə bilməzsən, çünki musiqini piano ilə birgə yaşayırsan. Barmaqlar yoxa çıxır”.

Pianoçu deyir ki, ifa zamanı o yalnız pianonun səsini eşidir, başqa heç nə. Heç nə hiss etmir, heç nə anlamır. Sanki piano çalan vəziyyətdə yuxuya gedir, belə vəziyyətdə ifasına davam edir. Deyir ki, lap 12 saat dayanmadan piano çalar, barmaqları yorulmaz, sadəcə, yemək yeməyə ehtiyac yarandığı üçün ifasına ara verə bilər.

Onun sözlərinə görə, pianoçular üçün maksimum sürət saniyədə 13-14 notdur. Bundan cəld çalmaq üçün gərək uzun müddət məşq edəsən.

Günün bütün mövzuları

XS
SM
MD
LG