Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:26

Dünyanın ən böyük və ekssentrik alimlərindən olan Grothendieck vəfat edib


Alexander Grothendieck
Alexander Grothendieck

20-ci əsrin ən böyük və ekssentrik alimlərindən olan Alexander Grothendieck Fransada 86 yaşında vəfat edib. Frans Press yazır ki, "ekssentrik riyaziyyat dahisi öldü".

Atası rusiyalı anarxist, anası jurnalist olan Grothendieck 1928-ci ildə Berlində anadan olub. Onu uşaqkən valideynləri Almaniyada qoyaraq özləri İspaniyaya vətəndaş müharibəsində respublikaçılar tərəfdə vuruşmağa gediblər. Ailə sonradan Fransada birləşə bilib, ancaq Grothendieckin yəhudi atasını nasistlər həbs ediblər və o Auschvits əsir düşərgəsində ölüb.

Groethendieckin vəfatı ilə bağlı Fransa prezidenti Hollande deyib ki, dünyanın ən böyük riyaziyatçılarından olan Grothendieck eyni zamanda qeyri-adi insan idi.

O, riyaziyyatçılar üçün Nobel mükafatı sayılan Fields mükafatına layiq görülüb, ancaq bu mükafatdan imtina edib.O, bu mükafatın təqdim olunduğu Moskvaya Beynəlxalq Riyaziyayat konqresinə getmədi. O, SSRİ-də müxalif fikrin boğulmasına etiraz edirdi. O, konqresin əvəzinə Vyetnama getdi və burda müharibəyə etirazını bildirirdi.

O, 1968-ci ildə Parisdə tələbələrin etirazlarını dəstəkləyib, Groethendieck deyirdi ki, alimlərin tələbələri yox, “burjua hökumətini” dəstəkləməsi onu dəhşətə gətirib.

1970-ci illərdən bütün gücünü müharibə əleyhinə fəaliyyətə həsr edib.

O, Fransanın Ali Elmi Araşdırmalar İnstitutunun müdafiə nazirliyindən hətta xırda maliyyə vəsaiti almasını biləndən sonra bu institutdan çıxdı.

Grothendieck deyirdi ki, elmdə də mafiya var.

Pireney dağlarında bir kənddə yaşayn alim qonaqları qəbul etmirdi və araşdırmalarını çap etdirmirdi.

XS
SM
MD
LG