Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:19

Rusiya ATƏT-in müşahidəçilərini ittiham edir


Sergei Lavrov
Sergei Lavrov

Rusiya ATƏT-in müşahidəçilərini Ukraynanın tərəfini saxlamaqda ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin noyabrın 14-də yaydığı bəyanatda Moskvanın son vaxtlar müşahidəçilərin fəaliyyətindən narahat olduğu bildirilir.

Bəyanatda qeyd edilir ki, belə bir təsürat yaranır ki, missiya bu münaqişədə yalnız bir tərəfin, Ukrayna hakimiyyətinin tərəfini saxlayır və bu missiyaya etibarı sarsıdır.

ATƏT-in missiyası noyabın 11-də Donetsk ətrafında heç bir hərbi nişanı olmayan hərbi karvan müşahidə etdiklərini deyirlər.

Məlumatda bu karvanın Rusiya ərazisindən keçdiyi bildirilirdi.

Moskva isə Ukraynanın şərqinə elə bir silah və ya canlı qüvvə göndərmədiyini deyir.

XS
SM
MD
LG