Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:39

Sammit ərəfəsi Putin deyir ki, sanksiyalar G20-nin prinsiplərini pozur


Putin Avstraliyaya, G20 sammitinə gəlir
Putin Avstraliyaya, G20 sammitinə gəlir

Rusiya prezidenti Putin G20 sammiti ərəfəsi deyib ki, Rusiyaya qarşı ABŞ-ın və Avropa Birliyinin sanskiyaları G20 –nin prinsiplərinə və beynəlxalq qanunlara ziddir. Putin TASS agentliyinə bildirib ki, viza qadağanları, Rusiya şirkətlərinin Qərb banklarına çıxışını bağlamaq kimi sanskiyalar haqdaqərarı yalnız BMT verə bilər.

Putin etiraf edir ki, neftin aşağı qiyməti və sanksiyalar Rusiya iqtisadiyyatına zərbə vurur, ancaq o deyib ki. Rusiyanın valyuta ehtiyatı istənilən böhranla mübarizə aparmağa bəs edir.

O bildirib ki, Avstraliyada başlanan G20 sammitində bunları müzakirə etməyin mənası yoxdur.

XS
SM
MD
LG