Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:36

-

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtsakinləri Elsevər Məmmədov və Nurlan Dünyamalıyevə, Samir Məmmədov, Fuad Heydərov və Abbas Abbaslıya hökm oxunub.

Onlar 11-ci sinif şagirdi Mobil Abdullayevi qətlə yetirməkdə təqsirli biliniblər.

Məhkəmə bu nəticəyə gəlib ki, Mobil Abdullayev “facebook”da yazdığı bir şərhə görə öldürülüb.

“OĞRULARA SALAM”IN ƏVVƏLİ...

Araşdırmalar üzə çıxarıb ki, məktəbli Mobil Abdullayev penitensiar xidmət nəzarətçisi geyimində şəkil çəkdirərək “facebook” səhifəsində yerləşdirib. Üzərinə “Privet, voram” (“Oğrulara salam”) yazılan fotoya ard-arda şərhlər gəlib. Elsevər Məmmədovun yazdığı şərh mübahisə doğurub. Oğrular aləmi nümayəndələrini Mobil Abdullayevin söyməsi mübahisəni lap qızışdırıb. Söyüşlər davam etdikcə digər şərh müəllifləri daha da qəzəbləniblər. Beləcə, Mobil Abdullayevi virtual məkandan reallığa – “məsələni aydınlaşdırmağa” çağırıblar. Görüş Binəqədi şosesinin 4-cü döngəsində – “Davud” marketin önündə gerçəkləşib.

“ANA-BACI SÖYÜŞÜ YAZDI...”

Təqsirləndirilən Elsevər Məmmədov məhkəmə ifadəsində belə deyib:

“Mobili həyatda tanımırdım. “Facebook”dakı dostlar siyahımda idi. Divarındakı şəklinin altına yazdığım şərhə cavab olaraq ana-bacı söyüşü yazdı. Yazdım şərhini sil, baxdım ki, daha da qızışır. Mən də ona yazdım ki, gəl, üzbəüz görüşək. Aprelin 2-ə “Davud” marketin qabağına görüş təyin etdik. Onunla görüşəcəyimi dostlarım Fuad Heydərova, Abbas Abbaslıya, Nurlan Dünyamalıyevə dedim. Onlar da mənə qoşuldular, gəldik marketin qabağına”.

Elsevər Məmmədov “başının dəstəsi” ilə marketə yaxınlaşanda qarşı tərəfin də bir neçə nəfərlə gəldiyini görüb.

“OĞRULARA SALAM”IN SONU...

Məhkəmə “işlərin mayası” sayılan Elsevər Məmmədova 3, onunla gəlmiş və qətli törətmiş Samir Məmmədova 14 il həbs cəzası kəsib.

Samir Məmmədov məhkəmə ifadəsində Mobil Abdullayevi bıçaqla vurduğunu boynuna alıb.

Təqsirləndirilən Nurlan Dünyamalıyevə 8 ay həbs kəsilib. Onun cəza müddəti bir aydan sonra bitəcək. Fuad Heydərovla Abbas Abbaslı isə şərti cəzalandırılıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG