Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

-

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Muxtar İbrahimi yenidən tutulub. Hadisə bir neçə gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.

Media forum saytının məlumatına görə, Marağa şəhər sakini olan azərbaycanlı fəal noyabrın 7-də tutulandan dərhal sonra Mahabad şəhərinin zindanına salınıb.

2013-cü ilin dekabrında Muxtar İbrahimi Azərbaycan Demokrat Firqəsinin fədailərindən olan Xanəli Motiyinin məzarını ziyarət edərkən tutulmuşdu. O, qanunsuz toplantılara qatılmaqda və sistemə qarşı təbliğat aparmaqda təqsirli bilinərək 3 ay həbsə məhkum edilmiş, ancaq mülk girovu qarşılığında şərti azadlığa buraxılmışdı.

Muxtar İbrahiminin noyabrın 7-də məhz ötən il aldığı 3 aylıq həbs cəzasını çəkmək üçün tutulduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG