Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

Xədicə İsmayılın məhkəməsi noyabrın 25-nə təxirə salınıb


Xədicə İsmayıl

Xədicə İsmayıl

-

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın noyabrın 14-nə təyin edilən məhkəməsi noyabrın 15-dək təxirə salınıb.

Xədicə İsmayıl bildirir ki, prosesin təxirə salınmasına səbəb vəkilinin başqa prosesdə iştirak etməsi olub.

Jurnalistlə bağlı proses Binəqədi rayon Məhkəməsində gedir.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Xədicə İsmayıl AzadlıqRadiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb.

Jurnalist MTN-nin müxalifətin idarə olunması üçün bəzi şəxsləri ələ alması haqda olan məlumatı paylaşmadan öncə oradakı bütün adları və şəxsi məlumatları sildiyini bildirir. Xədicə İsmayıl əlavə edir ki, «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG