Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:18

Pambığa getməyənə 300 dollar cərimə!-Mətbuat icmalı


Yeni Soyuq Müharibədən danışan Qorbachov səhv edir.

Özbəkistanda uşaqları pambığa aparmadılar, əvəzində 4 milyon yaşlını zorla tarlaya çıxatdılar.

Ukrayna iqtisadiyyatına Qərb 7 milyard dollar verib, əlavə20 milyard da lazımdır.

FİFA ən ziddiyyətli idman federasiyasıdır.

Dünya mediası bu gün nədən yazır?

Financial Times qəzeti yazır ki, Qorbachovun yeni Soyuq Müharibədən danışması səhvdir. Geosiyasət Qərbin Putinlə iş görməyini tələb edir.

Qorbachov xəbərdarlıq etdi ki, Qərblə Rusiya arasında yeni Soyuq Müharibə başlana bilər. Ancaq Soyuq müharibə qəzetin fikrincə, qayıda bilməz.

Niyə? SSRi-nin güclü ideologiyası var idi. Putinin isə satmağa alternativ ideologiyası yoxdur. DünyadaRusiyanın iqtisadi və siyasi modelini almaq istəyən də çox deyil.

SSRİ dünya miqyaslı superdövlət idi. Rusiya təhlükəlidir, ancaqenişə gedənregional gücdür.

Qəzet hesab edir ki,İranın nüvə proqramı və ya İslam dövləti yaraqlıları məsələlərində Qərb Putinlə işləməlidir. Ancaq öz dəyərlərindən əl çəkməməlidir.

UKRAYNA İQTİSADİYYATI DAĞILA BİLƏR

Economist jurnalı yazır ki, Ukrayna iqtisadiyyatı dağılmaq üzrədir. Bu il iqtisadiyyat 10 faiz azalmalıdır.Qərb infrasktrukturainvestisiyalarla kömək etməlidir.

Aprel ayında Beynəlxalq Valyuta Fondu iki il ərzində Ukraynaya 17 milyard dollar verməyə razı oldu. Əvəzində fond korrupsiya ilə mübarizə və qənaət tədbirlərini istəyirdi. Digər ölkələr az verirlər, ancaq ümumilikdə 27 milyard dollar yardım alınır. Bu da Ukraynanı iflasdan xilas etməyə bəs etməlidir.

İndiyədək Ukrayna 7 milyard dollar alıb. Bu, borc böhranından xilas olmağa bəsdir, ancaq iqtisadiyyatı dirçəltməyə bəs deyil. 6 ay bundan qabaq Ukrayna iqtisadiyyatının belə ağır vəziyyətə düşəcəyiniheç kim gözləmirdi. Ukrayna 2015-ci ilə əlavə 19 milyard dollar almasa, vəziyyəti çətin olacaq.

BVF Ukraynadan tələb edir ki, 2017-ci ilə ictimai xərcləri ÜDM-un48 faizindən 45 faizə salsın. Bu, 2010-cu ildəYunanıstana qoyulan tələbdir.

Ukraynanın borcu 2013-cü ildə ÜDM-un 40 faizi idi, indi bu, yəqin ki, 70 faizə çatıb.

Jurnal yazır ki,Ukrayna borca, yardıma və infrastruktura daha çox diqqət cəmləməlidir.

Jurnalın fikrincə,ABŞ da bir az əliaçıq ola bilərdi. ABŞ indiyədək Ukraynaya cəmi 1 milyard dollar yardım verib.

İPAD DƏNİZLƏ 60 GÜN, DƏMİRYOLLA 14 GÜN

Economist başqa məqaləsində yazır ki,Çinin Yeni İpək yolu layihəsindən ən çox qazananlardan biri Qazaxıstan olacaq. Çin zavodlarından iPad kimi məhsullar Avropaya dənizlə 60 günə çatır.Qazaxıstandan keçən yol qat-qat qısadır.Çinin Chongqing şəhərindən Almaniyanın Duysburq şəhərinədək 10 800 km yolu Qazaxıstandan, Rusiyadan, Belarus və Polşadan keçməklə 14 günə qət etmək olar.

Elə buna görədir ki, Qazaxıstanın dəmiryol şirkəti KTZ gələn 5 ildə dəmiryollarına 44 milyard dollar xərcləmək istəyir. Şirkət 2010-cu ildə Xorqos xəttini açan kimi Çindən Avropaya daşınan13 metrlik konteynerlərinsayı 80 faiz artdı.Bu il 10 min belə konteyner daşınacaq.

Dənizlə belə bir konteynerin daşınması hələ ucuzdur, ona görə kontyeynerlərin çoxu dənizlə daşınır. Belə bir konteynerin dənizlədaşınması4 min dollardır. Dəmiryolla daşınma 9 min dollardır. Ancaq vaxt keçdikcə arada fərq azalır. Bundan başqa dəniz yolları Çinin yox, ABŞ-ın nəzarətindədir.

TƏLƏBƏYƏ PAMBIQ NORMASI : 50 KQ

Guardian qəzeti yazır ki, Özbəkistan pambıq yığımında uşaq əməyindən istifadə etməyəcəyinə söz verdi,bu sözün nəticəsi o oldu ki, bu il4 milyon yaşlı adam zorla pambıq tarlasına çıxarıldı. Onlar arasında müəllimlər, iş adamları, tələbələr var.

Cotton Campaign adlı təşkilatın noyabrın 14-də hazırladığı hesabata görə, uşaqların boş qalan yerini yaşlılarla doldurdular. Bu il hökumət məktəblərə, xəstəxanalara, yerli administrasiyalara yeni kvotalar qoydu. Kvota hər bir idarənin pambıq tarlasına nə qədər işçi göndərməsi ilə bağlıdır.

Yeni kvotalar hər idarənin öz işçilərinin 60 faizinə qədərini tarlaya göndərməyi tələb edirdi. Bu qədər işçinin işdən ayrılması təhsil, səhiyyə, xidmət və s. sahələrdə əhaliyə göstərilən xidmətləri heçə endirir.

Pambıq tarlasına çıxmayanı isə cərimə gözləyir. Bu, tələbə üçün, məsələn,1 milyon özbək somudur, bu da təxminən 300 dollardır.

Hər adama norma qoyulur. Tələbə hər gün 50-60 kq pambıq yığmalıdır. Yaşlı adam norma isə 60-70 kq-dır.

Özbəkistan dünyada 5-ci ən böyük pambıq istehsalçısıdır. Bu il Özbəkistan 3,3 milyon ton pambıq yığıb.

Guardian qəzeti yazır ki,Özbəkistan pambığı əsasən xaricə satılır, pambıqdan gələngəlirlər sayəsində Özbəkistan ərzağın və enerjinin qiymətlərinin sabit saxlaya bilir.

FİFA GUYA İSTİNTAQ APARDI

Financial Times qəzeti yazır ki,dünyada FİFA kimi ziddiyyətli idman federasiyası yoxdur. Axırıncı 4 ildir ki,korrupsiya ilə bağlı ittihamlar gündəlikdən düşmür, FİFA isənə əməlli-başlı istintaq aparır, nə də istintaqı tam açıqlayır.

Son korrupsiya ittihamları onunla bağlı idi ki, 2018-ci ildə Rusiyanın, 2022-ci ildə Qətərin futbol üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi etməsi qərarlarında rüşvətin rolu olub. İndi FİFA guya məsələni araşdırandan sonra qərar verdi ki, korrupsiya ittihamları özünü doğrultmadı, bu ölkələr planlaşdırıldığı kimi dünya kuboku yarışlarını keçirəcəklər. Ancaq qəzet yazır ki,hesabatı hazırlayan amerikalı vəkil Michael Garciaya istintaq apararkən rüşvətdə şübhəli bilinən FİFA rəsmilərinin Rusiya və Qətər nümayəndələri ilə telefon danışıqlarının yazısını dinləməyə və e-maillərini oxumağa icazə verilmədi.

Garcianın araşdırmasının nəticəsi olaraq hazırlanan hesabat 350 səhifə idi, bunu FİFA rəhbərliyi ixtisar edib, 42 səhifəyə saldı. Hesabatın bu şəkli ilə hətta Garcia razılaşmadı, o bildirdi ki, bu hesabatda xeyli səhvlər var.

Qəzet yazır ki, dünya kubokunun növbəti 2 ev sahibi yerində qaldı.FİFA prezidenti düşünür ki, indiki tufanı yatırda biləcək. Ancaq FİFA-da dəşikliklər gəlməkdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG