Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:39

İlqar Məmmədov kassasiya şikayəti verib


ReAL Hərəkatının lideri İlqar Məmmədov

ReAL Hərəkatının lideri İlqar Məmmədov

Vəkil Fuad Ağayev həbsdə olan ReAL Hərəkatının lideri İlqar Məmmədovun işi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu barədə AzadlıqRadiosuna Fuad Ağayevin özü məlumat verib. O bildirir ki, şikayətdə İlqar Məmmədovun barəsində qəbul edilmiş məhkəmə aktlarının ləğv olunması tələbi qoyulub:

«Şəki Ağır Cinayətlər Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökm və qərarının ləğv edilməsi, İlqar Məmmədovun barəsində iş üzrə icraata xitam verilməsi, onun dərhal azadlığa buraxılması tələblərini qoymuşam. Əminəm ki, məhkəmə baxışlarında Məmmədovun təqsirsizliyi tam sübuta yetirilib, istintaq orqanının verdiyi ittiham iş materialları, o cümlədən videomateriallar və ifadələrlə alt-üst edilib».

İlqar Məmmədov ötən ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb və ona 7 il həbs cəzası kəsilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi sifariş sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG