Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:23

«Viza rejimi götürülsə, Azərbaycan İranın içərisində əriyər»


Politoloq Vəfa Quluzadə

Politoloq Vəfa Quluzadə

-

Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə «Azadlıq» qəzetinə müsahibə verib. O bu müsahibədə son günlərin helikopter olayından tutmuş, İran prezidentinin Azərbaycana səfərinədək bir çox məsələlərlə bağlı sualları cavablandırıb. Cavablardan bəzi məqamlar:

«Helikopteri vuranın təltifi ziyanımıza ola bilər?»

– Əgər danışıqlar varsa (Qarabağ düyününün çözülməsi ilə bağlı Ermənistanla Azərbaycan arasında danışıqlar nəzərdə tutulur – red.), o zaman bəli, Azərbaycanın ziyanına işləyə bilər. Amma danışıqlar olmayandan sonra nə ziyanımıza ola bilər? Paris görüşündən sonra Ermənistanın atdığı addımlara diqqət çəkmək lazımdır. Bəs bu addımlar danışıqlar prosesinə ziyan vurmurmu?

İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir?

– Azərbaycanın ərazi bütövlüyünün tanınmasını bir çox dövlət dilinə gətirmir. Rusiya, İran, ABŞ vaxtilə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hazırda Qarabağ danışıqları gedir və bu məsələ tez-tez vurğulanmır.

«İranla viza rejimi ləğv edilə bilərmi?»

– Azərbaycan İran və başqa böyük dövlətlərlə viza rejimini ləğv etməyə tələsmir. Bu məsələdə Azərbaycanı anlamaq olar. Azərbaycan İranla müqayisədə kiçik dövlətdir.Əgər viza rejimi götürülsə, Azərbaycan İranın içərisində əriyə bilər. Hərtərəfli əlaqələr inkişaf etdirilsə də, vizqa rejimi yalnız Avropadakı ab-havanın regionumuzda olacağı təqdirdə mümkündür...Azərbaycan, İran və başqa region xalqları eyni dəyərlərə xidmət etmirlər. Eyni dəyərlər onları birləşdirmir. Üstəlik, siyasətlər, milli maraqlar fərqlənir.

«İran-Azərbaycan münasibətlərinə xələl gətirəcək 3-cü qüvvə deyilərkən, İsrail nəzərdə tutulur?»

– Azərbaycanla İsrail müttəfiq deyil. Bu, ümumi bəyanatdır. Çünki 3-cü dövlətlər regionda böyük rol oynayan ABŞ, Rusiya və Avropadır. Bizim belə bəyanat qəbul etməyimizdən asılı olmayaraq onlar siyasətlərini davam etdirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG