Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Britaniya cihadçı vətəndaşlarına qarşı sərt qanunlar tətbiq edəcək


Yeni qanunlar cihad meydanlarından ölkəyə qayıdan vətəndaşların azı iki il müddətində vətəndaşlıqdan “istisna” edilmələrini nəzərdə tutur.

-

Bununla da İraq və Suriya kimi yerlərdə cihadçılarla birgə döyüşən Britaniya vətəndaşları ölkəyə istədikləri vaxt və dərhal qayıda bilməyəcəklər.

Yeni anti-terror qanunlarına görə, uçuşlarına qadağan qoyulmuş şəxslərin siyahısına riayət etməyən hava şirkətlərinə məxsus sərnişin təyyarələrinin Britaniya torpağında yerə enməsi qadağan ediləcək.

Reuters agentliyi xatırladır ki, Britaniya avqust ayında İslam Dövlətinin Suriya və İraqdan qayıdan döyüşçülərinə görə ölkədaxili təhlükıəsizlik dərəcəsini son həddən bir pillə aşağı dərəcəyə qaldırıb.

“Təhlükəni kökündən kəsmək lazımdır”

Avstraliyanın Brisbeyn şəhərində keçiriləcək G20 sammitinə yollanmazdan əvvəl Kanberrada olan baş nazir Cameron deyib ki, “təhlükəni kökündən kəsmək lazımdır”.

Yenu qanunlara görə, polisə xaricə səfər etmək istəyən şübhəlilərin pasportlarının əllərindən alınması və ölkəyə qayıdarkən yoxlama prosesindən keçməkdən imtina edən vətəndaşların Britaniyaya qayıtmasını önləmək səlahityyətləri verilib.

Yenu qanunda şübhəli şəxs “terror əməli ilə məşğul olmaq niyyətlərinə dair ağlabatan dəlillər olan” vətəndaşa şamil edilir.

“The Guardian” aydınlıq gətirir ki, qanunda söhbət birbaşa olaraq vətəndaşlığın ləğvindən getmir, lakin real təcrübədə qanun cihadda iştirak edən Britaniya vətəndaşının ölkəyə qayıtmasını son dərəcə çətin edə bilər.

Qanun, bu məqsədlə, qayıtmaq istəyən vətəndaşların hələ xaricdə ikən Britaniya təhlükıəsizlik zabitləri tərəfindən dindirilnməsini nəzərədə tutur.

BMT konvensiyası ilə ziddiyyətdə

Mətbuat yazır ki, qanunun belə “ehtiyatla” yazılmasına səbəb Britaniyanın BMT-nin Dövlətsizlik barədə Konvensiyasına üzv olmasıdır. Bu konvensiya kiminsə, hətta müvəqqəti olaraq vətəndaşlıqdan məhrum edilməsini qadağan edir.

David Cameron son dərəcə sərt anti-terror qanunun qəbuluna hazırlıq barədə artıq avqustda bəyanat vermişdi, lakin indi bildirib ki, bu, çox tezliklə baş verəcək.

“The Guardian” qəzeti yazır ki, Suriyaya səfər etmiş cihadçıların Britaniyaya qayıtması azı iki il müddətinə qadağan oluna bilər. Hətta bunun üçün də geri qayıdan vətəndaş məhkəmə ilə üzləşməyə, polis tərəfindən saxlanmağa və karantin müddəti keçərək daim polis nəzarətində olmağa razılıq verməlidir.

Hava limanlarında növbə olmayacaq

Hökumət qanunun hava limanlarında növbələr yaratmayacağını bildirir, beləki şübhəli şəxslərin siyahısı elektron qaydada dərhal yoxlanacaq.

Bu barədə qanun müddəaları millət vəkilləri və hüquqşünaslar arasında artıq razılaşdırılıb.

Qəzet yeni qanunun gələn ilin ilk günündən qüvvəyə minəcəyini yazır.

Britaniya təhlükəsizlik xidmətlərinin məlumatına görə, hazırda cihadçıların sırasında 500-dək Britaniya vətəndaşının olduğu və onlardan yarısının bu yaxınlarda qayıtmaq niyyətində olacaqları təxmin edilir.

ABŞ BMT-yə təzyiq göstərir

Britaniyada İslam yaraqlılarının yüksəlişi ölkənin dörd vətəndaşı 2005-ci ilin iyulunda London nəqliyyatında terror aktı törədəndən bəri narahatlıq yaradıb. 52 nəfərin həyatına son qoymuş partlayışları törədən dörd nəfərdən ikisi daha əvvəl əl-Qaedanın Pakistandakı bazasında təlim keçmişdi.

Ötən il xidmət başında olmayan əsgər Lee Rigby-nin London küçəsində İslamı qəbul etmiş iki Btitaniya vətəndaşı tərəfindən edamsayağı qətlə yetirilməsi narahatlıqları daha da artırmışdı.

Birləşmiş Ştatlar Yaxın Şərqin münaqişələrində iştirak edən əcnəbilərlə və onların vətəndaşı olduqları ölkələrdə yaratdıqları təhlükələrlə bağlı beynəlxalq standartların qəbulu üçün BMT-yə təzyiq göstərir.

Öz növbəsində Böyük Britaniya internetin ekstremist məzmunlu materiallardan tənmizlənməsinə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG