Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:50

Sumqayıt sakininin həyətində qanunsuz tikilmiş məscid aşkarlanıb


Foto: Arxiv
Foto: Arxiv

-

Daxili İşlər Nazirliyi və Sumqayıt Şəhər Polis İdarəsi şəhər sakini Zöhrab Şıxəliyevi saxlayıb.

Nazirliyinmətbuat xidmətinin məlumatına görə, onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan «Valter» markalı tapança aşkarlanıb.

Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.

XS
SM
MD
LG