Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:47

Müdafiə Nazirliyi vurulan heyət üzvlərinin adlarını açıqlayıb


Foto arxiv

Foto arxiv

Azərbaycanın Müdafiə Nazirliyi cəbhə bölgəsində vurulan erməni vertolyotunun Erməmənistan ordusuna məxsus olduğunu bəyan edib.

Nazirliyin məlumatına görə Mi 24 tipli vertolyot Yerevan yaxınlığındakı "Erebuni" aerodurumundakı 15-ci hərbi vertolyot bazasına məxsusdur.

Nazirlik bildirir ki, Ermənistan tərəfi həlak olan hərbi qulluqçuları qondarma Dağlıq Qarabağın hərbi qulluqçuları kimi təqdim etməyə çalışır.

Amma ekipaj üzvlərinin 3-də Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.

Ekipaj komandiri mayor Sergey Saakyan Yerevanda anadan olub və 15-ci vertolyot bazasındakı hərbi hissədə xidmət edirmiş, ailəlidir.

Baş leytenant Sarkis Nazaryan isə Hərbi Aviasiya məktəbini bitirib, Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş vertolyotlarında ekipaj üzvü kimi xidmət edib.

Ekipajın digər üzvü leytenant Azat Saakyan da Yerevanda yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edirmiş, hərbi pilotdur.

Məlumatda qeyd edilir ki, Ermənistanın beynəlxalq qanunlara zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərdə təlimlərə cəlb etdiyi həmin vertolyot provokasiya məqsədilə Azərbaycan ordusunun mövqerlərinə atəş açdığına görə vurulub və gələcəkdə də bu cür halların qarşısı dərhal alınacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG