Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:40

-

“Ruslan Babayev sərxoş vəziyyətdə idarə etdiyi “Kamaz”la obyektimi dağıdıb, viran qoyub. Hadisə ilə bağlı dərhal DİN 102 xidmətinə zəng vurdum. Dəfələrlə zəng vurub məlumat verməyimə baxmayaraq polis gəlib çıxmırdı. Son anda anam zəng vurdu, yalvar-yaxarından sonra polis gəldi”.

Hacıqabulun Qızılburun kənd sakini Yalçın Dəmirov yerli polisdən şikayətçidir. O, bir kənd sakini tərəfindən evinin basqına məruz qaldığını bu işdə polisin həmin adamı himayə etdiyini iddia edir.

"ÖZÜMÜ QANDALLAYIB POLİSƏ APARDILAR"

“Anamın zəngindən sonra gələn polislər evimi, mağazamı viran qoyanı yox, mənim özümü qandallayıb polis maşınına basdılar, şöbəyə apardılar. Ekspertizadan keçirildim, təsdiqləndi ki, bədənimdə sıyrıqlar, əzilmələr var. Başıma 15 təpik dəymişdi. Məni buraxdılar. İş orasındadır ki, məni döyəni də 1 saat şöbədə saxlayıb buraxdılar”.

Yalçın Dəmirovun sözlərinə görə, onu döyən ərzaq köşkünü dağıdan həmkəndlisi Bakıda vəzifədə işləyən bir qohumuna arxayındır:

“Güloğlana güvənir, kənddə qanunsuz əməllər törədir, polislər də görüb üzlərini o tərəfə çevirirlər. Dükanımdakı ərzaqları dağıdıb töküb, konturları, siqaretləri aparıb. Azı 500 manat zərər çəkmişəm”.

Hacıqabul polisi isə Yalçın Dəmirovun səsləndirdiyi ittihamları qəbul etmir. Polisdən bildiriblər ki, Yalçın Dəmirovun şikayətçi olduğu kənd sakini polisə çağırılaraq izahatı alınıb. Araşdırma zamanı Yalçın Dəmirovun dedikləri təsdiqini tapmayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG