Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15

-

Dövlət Musiqili Teatrında II Beynəlxalq Aşıq Festivalının açılış mərasimi olub.

Açılışda Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyası və Azərbaycanın bütün bölgələrindən aşıqlar iştirak ediblər.

Festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması, təbliği, milli mədəniyyətin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi festivalın əsas məqsədidir.

Festival çərçivəsində Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr edilmiş “Aşıq Pəri” kitabının təqdimatı keçiriləcək.

Noyabrın 13-dən 17-dək Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulur.

Festivala informasiya dəstəyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilir.

Azərbaycan Aşıq sənəti 2009-cu ildə YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.

I Beynəlxalq Aşıq Festivalı 2010-cu il oktyabr 25-dən 30-dək keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG