Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:37

-

Mədəniyyət və Turizm Nazirliyin yaydığı xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə noyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Çisato Kusunoki Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tanınmış məzunu - SSRİ Xalq Artisti Murad Kajlayevə həsr olunmuş konsertlə çıxış edəcək.

Çisato Kusunoki dünya şöhrətli musiqiçidir.

2013-cü ilin sentyabrında Moskvada Murad Kajlayevlə onun əsərlərinin məşhur ifaçısı olan Ç. Kusunokinin ilk tanışlığı baş tutub.

2 ay ərzində Çisato Kusunokinin M. Kajlayevin əsərlərindən ibarət proqramla qastrol səfərləri planlaşdırılıb.

Eyni zamanda M. Kajlayevlə Ç. Kusunoki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində görüşlər keçirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG