Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:08

Leyla Əliyeva Avstraliyada səfərdədir


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avstraliya səfərini davam etdirir. Noyabrın 12-də o, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik tərəfindən (IUCN) Avstraliyanın Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib. Ümumdünya Parklar Konqresi 10 ildən bir keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Konqresin plenar sessiyasında Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsindəki təcrübəsi və bu istiqamətdə görülən tədbirlər barədə çıxış edəcək.

Leyla Əliyeva Avstraliya səfəri çərçivəsində ətraf mühitin və biomüxtəlifliyin qorunması sahəsində bir sıra görüşlər də keçirib. AzərTAc xəbər verir ki, bu ölkənin bir sıra məşhur milli parklarını ziyarət edən Leyla Əliyeva Avstraliyanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış olub.

Leyla Əliyevaya yox olma təhlükəsi ilə üzləşən heyvanlar, onların bərpa olunması üçün tətbiq edilən metodlar, bu heyvanların sayının artırılması vasitələri, həmçinin bu sahədəki qabaqcıl texnologiyalar barədə məlumat verilib. Xanım Əliyeva Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar barədə, eyni zamanda, bu problemin aradan qaldırılması məqsədilə IDEA İctimai Birliyi tərəfindən görülən tədbirlər haqqında məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG