Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:53

Noyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Murad Ədilovun şikayətinə baxıb.

Vəkil Yalçın İmanov «Media forum» saytına deyib ki, şikayət təmin olunmayıb. Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Murad Ədilov özü məhkəməyə gətirilməyib. Vəkil bildirib ki, bunu Bakı İstintaq Təcridxanasından etap problemi ilə əlaqələndiriblər.

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. Nərimanov Rayon Məhkəməsi avqust ayında Murad Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Noyabrın 6-da isə həbs müddəti daha iki ay uzadılıb. Apellyasiya şikayəti həbs müddətinin uzadılması qərarından verilmişdi.

Murad Ədilovun işi üzrə istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG