Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:04

Dmitry Medvedev: «Sanksiyalardan əl çəkmək lazımdır»


Rusiyanın baş naziri Dmitry Medvedev

Rusiyanın baş naziri Dmitry Medvedev

Rusiyanın baş naziri Dmitry Medvedev deyir ki, Ukrayna böhranına görə sanksiyaları ləğv etməklə Qərb Moskva ilə gərginləşmiş münasibətləri yaxşılaşdırmalıdır.

Medvedev Myanmarda (Birma) Şərqi Asiya sammitindən sonra danışıb. O, sammitdə ABŞ prezidenti Barack Obama ilə görüşdüyünü, ancaq ətraflı müzakirə apara bilmədiyini söyləyib.

«Ümid edirəm ki, Avropa və ABŞ-la münasibətlərimizdə bu dövr keçəcək, ancaq vurğulayıram ki, top onların meydançasındadır, onlar vacib qərarları qəbul etməlidirlər,» Medvedev deyib.

«Sadəcə sanksiyalardan əl çəkmək, normal, məhsuldar danışıqlara qayıtmaq lazımdır, o zaman hər şey sabitləşəcək,» Medvedev bildirib.

Rusiya Krımı anneksiya edəndən sonra Birləşmiş Ştatlar və Avropa Birliyi Rusiyaya sanksiya qoyub. Rusiya həmçinin Ukraynanın şərqində separatçıları dəstəkləməkdə ittiham olunur, Moskva bunu yalan adlandırır.

XS
SM
MD
LG