Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:20

Bu məscid 2 mindən çox adama xidmət edəcək


Tikintisi davam edən dörd minarəli məscid
Tikintisi davam edən dörd minarəli məscid

-

MÜSAVATDA CƏZALARA START VERİLDİ

Müsavatın Mərkəzi Nəzarət Təftiş Komissiyası noyabrın 12-də toplantı keçirib. Partiyadan «Media forum» saytına verilən məlumata görə, komissiya şikayət ərizələrini müzakirə edərək Kamil Xəlilbəylinin Müsavatdan xaric edilməsi haqqında qərar çıxarıb. MNTK partiya üzvlərinə qurumun nüfuzuna xələl gətirən, ideoloji-siyasi xəttinə zidd olan fəaliyyətlə bağlı xəbərdarlıq edib. Müsavat Məclisinin üzvü Hikmət Hacızadə isə facebook səhifəsində yazıb ki, Kamil Xəlilbəyli başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarıdır:

«Onun partiyadan xaric edilməsinin əsas səbəbi başqan Arif Hacılının tərəfdarı olan bir müsavatçı xanımla şəxsi yazışmasında söyüş söyməsi olub. MNTK isə bunu ideoloji-siyasi xəyanət kimi qələmə verib. Bu qərar tamamilə qanunsuzdur və Müsavat Partiyasına xələl gətirir. Məsələ qanun və insan haqları çərçivəsində həll olunanadək Müsavatda fəaliyyətimi dondururam, partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm».

BAKIDA TİKİLƏN 10 MİLYONLUQ MƏSCİDDƏN FOTOLAR

Bakının Binəqədi rayonu ərazisində tikilən məscid kompleksində işlər sürətlə davam etdirilir. «Qafqazinfo» salamnews-a istinadən xəbər verir ki, məscid kompleksində artıq fəvvarə fontanı ilkin sınaqdan keçirilir, kompleksin həyətinə beton tökülür. Bu məscid kompleksinin tikintisi üçün prezidentin ehtiyat fondundan ilkin olaraq 10 milyon manat vəsait ayrılıb. Yeni məscid kompleksi eyni vaxtda 2000-dən çox adama xidmət edəcək. Birmərtəbəli tikilinin əsas binasının hündürlüyü 40 metr, minarələrinin hündürlüyü isə 60 metr olacaq. Dörd minarəli ibadət evinin ölkədə ən hündür məscid statusu alacağı bildirilir. Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan digər salon isə təqribən 350 kvadratmetr olacaq. Tikilinin zirzəmisi həm də avtomobil dayanacağı kimi istifadə ediləcək.

ARİF HACILIDAN SENSASİON AÇIQLAMALAR – «...BUNU AZƏRBAYCAN HAKİMİYYƏTİ...»

Müsavat Partiyasının qurultayından ay yarım müddət keçsə də, nəticələrlə razı olmayan şəxslərin narazılıqları davam edir. Narazıların geriyə addım atmaq fikrində olmadıqları müşahidə olunur. Baş verənlər və digər aktual mövzularla bağlı suallara aydınlıq gətirmək üçün Müsavat Partiyasının başqanı Arif Hacılı «Yeni Müsavat» qəzetinə müsahibə verib.

- Müsavatın içində narazılıqları körükləmək və prosesi partiyanın əleyhinə çevirmək hakimiyyətin işinə yarayırmı? Yoxsa heç qarışmırmı hakimiyyət? Sizin müşahidələr nə göstərir?

- Hər kəsin gördüyü bir həqiqəti biz dana bilmərik. Açıq-aydın görünür ki, Azərbaycan hakimiyyəti Müsavatın içində qarşıdurmanın, ikitirəliyin olmasında maraqlıdır. Bunu sübut etmək üçün xüsusi faktlar ardınca getməyə ehtiyac yoxdur. Elə hakimiyyətin nəzarəti altında olan telekanallarda daim bu mövzunun gündəlikdə saxlanması və «Müsavat parçalanır, Müsavatda qarşı duran qüvvələr bir-birini məhv edəcək, Müsavat zəifləyib siyasi səhnədən gedəcək» və sair kimi təbliğatın aparılması və bu təbliğatda məhz Müsavatın qurultayında olan seçkilərdən narazı qalan tərəfin nümayəndələrindən istifadə olunması prosesdə hakimiyyətin də maraqlı olduğunu göstərir.

MİRVARİ QƏHRƏMANLI: «İXTİSARLARIN DAVAMLI OLACAĞI GÖZLƏNİLİR»

Heydər Əliyev adına və Bakı Neft Emalı zavodlarında 800 nəfər əməkdaşın ixtisara salınması gerçəklikdir. Bu haqda Turan informasiya agentliyinə Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin (NHMF) sədri Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, zavodların hər birində 400 fəhlə ixtisara salınıb. Bu ixtisara səbəb kimi hasilatın aşağı düşməsi, neft emalının azalması, avadanlıqların köhnəlməsi göstərilir. Komitə sədrinin fikrincə, neft sənayesində durumun belə ağır vəziyyət almasına görə məsuliyyəti ARDNŞ-in idarə müdirləri daşıyırlar.

Komitə sədri keçən ilin sonlarından ARDNŞ-də ixtisarların başladığını, ixtisara düşənlərin ARDNŞ xəttilə proqrama qatılacaqları və iş dəvəti alacaqları haqda qurumun verdiyi vədi xatırladıb. Amma həmin vədin yerinə yetirilmədiyini vurğulayıb. M. Qəhrəmanlı bu ixtisarlar zamanı ARDNŞ-nin idarə rəhbərlərinə texniki işçilər götürmək səlahiyyətinin verildiyini deyib. Bundan istifadə edən idarə başçıları vakant yerlərə mütəxəssisləri yox, texniki işçi adı ilə yaxınlarını götürüblər. Beləliklə, neft sənayesi sahəsində bütöv «qeyri-peşəkarlar ordusu» yaranıb. Onun sözlərinə görə, Bakı neft emalının bağlanması gözlənildiyi üçün bu ixtisarların davam edəcəyi bildirilib.

HESABLAMA PALATASININ SƏDRİ 2015-Cİ İLİN BÜDCƏSİNDƏN DANIŞIR

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov «Azərbaycan» qəzetinə müsahibə verib. Cənab Gülməmmədov deyir ki, 2015-ci ilin dövlət büdcəsinin layihəsini ötən illərlə müqayisədə fərqləndirən xüsusiyyətləri aşağıdakı kimi qruplaşdırmaq olar.

«İlk olaraq, qanun layihəsində nəzərdə tutulmuş dəyişikliklər qeyd edilməlidir. Bu dəyişikliklər dövlət büdcəsinin vergi gəlirlərinin mənbələrinin ünvanlılığının və şəffaflığının artırılması ilə yanaşı, yerli gəlirlərin yığım səviyyəsinin genişləndirilməsi məqsədini güdür. Belə ki, birinci istiqamətdə Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımların vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilməməsi, ikinci istiqamətdə 2015-ci ildə ilk dəfə olaraq yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmuşdur».

XS
SM
MD
LG