Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

BMT Ukraynanın şərqində “tammiqyaslı döyüşlər” barədə xəbərdarlıq edir


Ukrayna. Donetsk ətrafında tanklar

Ukrayna. Donetsk ətrafında tanklar

BMT-nin Təhlükəsizlik Şurası Ukrayna böhranına görə 26-cı dəfə təcili iclas çağırıb. BMT rəsmiləri xəbərdarlıq edib ki, Ukraynanın şərqində “tammiqyaslı döyüşlər” bərpa oluna bilər.

Təhlükəsizlik Şurasının iclası noyabrın 12-də keçirilib. Ondan bir neçə saat öncə NATO-nun yüksək rütbəli rəsmisi deyib ki, alyans noyabrın 10-dan Rusiyadan Ukraynanın şərqinə rus tankları, artilleriyasından ibarət “çoxsaylı karvanların” keçdiyini təsdiqləyir.

Rusiya bu iddiaları təkzib edib və Ukraynanın şərqində silahlı qüvvələrinin olmasına dair dəlil olmadığını bildirib.

Hələlik BMT-də Rusiyaya qarşı qətnamə təklif olunmayıb. Rusiyanın qurumda veto hüququ var.

Günün bütün mövzuları

XS
SM
MD
LG