Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Azərbaycanda hadisələrin inkişafı yanılış istiqamətdədir


Bu gün Osloda Sakhahrov Azadliq mükafatının təqdmatıdır. Norveçin Helsinki komitəsinin təsis etdiyi mükafat 2014-cü ildə Azərbaycandakı siyasi məhbuslara verilir. Mükafatı qəbul etmək üçün bəzi siyasi məhbusların yaxınları Norveç paytaxtına gəlib. Təqdimat mərasimi çərçivəsində Norveç Helsinki Komitəsinin rəhbərliyi və Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ilə Norveç xarici işlər nazirliyində,ölkə parlamentdə görüşlər keçirlir, xüsusi seminar təşkil olunub.

“Azərbaycanda hadisələrin inkişafı yanılış istiqamətdə gedir” - Xarici işlər nazirliyinin Azərbaycanla münasibətlərinə məsul əməkdaşı Stein İversen Norveç Helsinki komitəsinin nümayəndələri ilə görüşdə deyib. Bildrib ki, onlarla görüşməkdə məqsədi yaranmış vəziyyətdən yeni çıxış yollarının axtarılmasıdır.

Görüşdə Azərbaycandakı insan haqlarının vəziyəti müzakirə olunub. “Qapı çırpılması” siyasətinin səmərəli olmadığını vurğulayan Stein İversen qeyd edib ki, insan haqları ilə bağlı fəaliyyət bəzən arzu olunandan daha çox vaxt tələb edir.

Azərbaycan və insan haqları Oslodakı Ədəbiyyat evində keçirilən müzakirələrin də əsas mövzusu idi. İnsan haqları koalisiyasənən hazırladığı və Azərbaycan-Avropa Şurası münasibətlərinə həsr olunmuş video çarx ilə açılan seminarın iştirakçıları siyasi həbslərin yolverizməliyi fikrində yekdil olsalar da, Azərbaycanda, Azərbaycanla bağlı Avropa qurumlarında baş verənlərin təbiəti, repressiyaları doğruan səbəblər və təzyiqlərə necə cavab vermək məsələlərində müxtəlif mülahizələr səsləndirdilər.

Oslodakı Ədəbiyyat evinin Amalia Skram zalı. Azərbaycanda insan haqları, siyasi məhbus porblemi müzakurə olunur

Oslodakı Ədəbiyyat evinin Amalia Skram zalı. Azərbaycanda insan haqları, siyasi məhbus porblemi müzakurə olunur

Avropa institutlarının Azərbaycan hakimiyyəti qarşısındakı gücsüzlüyü haqda danışan Avropa Stabillik təşəbbüsü fondunun rəhbəri, almaniyalı Gerard Knausun fikrincə rəsmi Bakının Avropa qurumları ilə apardığı lobbiçilik işi olduqca səmərəlidir. O, misal gətirdi ki, Avropa siyasətçiləri və ekspertləri tez-tez Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu vurğulayırlar, lakin dərindən baxanda məlum olur ki, ölkənin resusrsları Avropanın enerji tələbatı fonunda xeyli şişirdilir.

AzadliqRadiosu ilə söhbətində cənab Knaus Azərbaycandakı siyasi məhbusları keçmiş sosialist ölkələrindəki dissidentlərə bənzətdi. Bildridi ki, Leyla və Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov kimi şəxslər Azərbaycanda ümumbəşəri dəyərləin hələ də mövcudluğuna dəlalət edir.

Keçmiş siyasi məhbus Emin Milli öz çıxışına sovet təbliğat mahnısı ilə başlayır

Keçmiş siyasi məhbus Emin Milli öz çıxışına sovet təbliğat mahnısı ilə başlayır

Norveçin Azərbaycandakı sabiq səfiri Steinar Gil Azərbaycan rəhbərliyinin iş təcrübəsini xatırladı. “Qərb diplomatları İlham Əliyevə insan haqları ilə bağlı şikayət edəndə, o “baxarıq” vədini verir, lakin heç nə dəyişmirdi”

Müzakirələrdə Avropa İnsan haqları məhkəmsəinin rolundan da söhbət düşdü. Bildirildi ki, bu məhkəmə Azərbaycan prezidentinin əsas arqumentlərindən biridir, dəfəlrələ bəyan edib ki, hüququ pozulan vətəndaşlar ora şikayət edə bilərlər. Lakin sabiq siyasi məhbus Emin Milli öz həbsi timsalında Avropa məhkəməsinin effektiv olmadığını dedi. Onun fikrincə, Avropadakı hüquqi dövlətlərin prinsiplərinə uyğun yaradılan bu qurum Azərbaycan kimi yarımtotalitar ölkələrin məhkəmə sistemləri qarşısında mənasını itirir.

Videokliplə başlayan tədbir, “Amaizing Azerbaijan” filminin nümayişi ilə başa çatdı.

Sakharov Azadlıq mükafatının təqdimatı mərasimində geniş reportaj həftəsonu AzadliqRadiosu.az saytında və HotBird peykində yayımlanan ARTV kanalında olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG