Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:20

Azərbaycanda ilk iritutumlu səhiyyə layihəsi


Oktyabrın 9-da Səhiyyə Nazirliyi ilə Dünya Bankı arasında «Azərbaycan səhiyyə sektoru islahatları» adlı ilk iritutumlu layihənin reallaşdırılması məqsədilə sənəd imzalanıb. Altı il ərzində reallaşdırılacaq layihə səhiyyədə islahatların aparılmasını, səhiyyə xidmətinin yaxşılaşdırılmasını, yeni tibb ocaqlarının tikintisini və yenidənqurma işlərini nəzərdə tutur. Bu məqsədlə təxminən 90 milyon dollar xərclənməlidir.


Səhiyyə naziri Oqtay Şirəliyevin sözlərinə görə, bu layihənin reallaşdırılmasına Dünya Bankı 50 milyon, Azərbaycan 28,5, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi isə 8 milyon dollar vəsait ayırmalıdır.


Qiymətləndirmədə deyilir ki, Azərbaycanda adambaşına dövlət səhiyyə xərcləri 20 dollardır. Bu rəqəm Avropa ölkələri ilə müqayisədə 6 dəfə azdır. Bunun nəticəsi olaraq səhiyyənin saxlanması üçün ildə adambaşına qeyri-rəsmi şəkildə 95 dollar xərclənir, yəni vətəndaşlar bu məbləği ciblərindən ödəməli olurlar.


Maliyyə naziri Samir Şərifov isə dövlətin səhiyyə xərclərini tədricən artırdığını deyir. Onun sözlərinə görə, ötən il 2006-cı ilin dövlət büdcəsində səhiyyə xərclərinə 225 milyon dollar ayrılıb. Gələn il bu məbləğ 353 milyon dollar təşikl edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG