Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:16

Tarixdə ilk dəfə kosmik qurğu kometin səthinə enib


Rosetta
Rosetta

Kosmos tarixindəilk dəfə olaraq tədqiqat qurğusu kometin səthinə enib. Avropa Kosmik Agentliyinin Rosetta zondunun “File” modulu Churyumov-Gerasimenko kometinin səthinə noyabrın 12-də çatıb.

File modulunda yeri qazan qurğu, fotokameralar quraşdırılıb. Kometdən analiz üçün qrunt götürüləcək və həmçinin onun tərkibi analiz olunacaq. File modulu kometin səthində 4-6 ay işləyəcək.

Rosettanın kometə yaxınlşamasına 10 ildən çox vaxt gedib.

Kometi 1969-cu ildə sovet astronomları kəşf edib. Bu kometin əhəmiyyəti və ona belə maraq onunla bağlıdır ki,o, 4,5 milyard il bundan əvvəl yaranıb, indiyə kimi onda heç bir dəyişiklik olmayıb. Alimlər onu öyrənməklə, kainatın necə yaranmasını öyrənmək istəyir.

XS
SM
MD
LG