Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:48

-

Tanınmış Amerika rejissoru Quentin Tarantino bildirib ki, 10-cu filmindən sonra daha kino çəkməyəcək.

"Düşünürəm ki, vaxtında getməyi bacarmaq lazımdır. Gərək elə etməyəsən ki, səndən getməyi xahiş etsinlər" - deyə rejissor qeyd edib.

Xarici distribütorlar qarşısında çıxış edən Tarantinonun sözlərinə görə, 10-cu filmindən sonra ssenarilər və kitablar yazmağa davam edəcək, rejissorluqla isə nadir hallarda məşğul olacaq.

Məşhur "Kriminal qiraət" filminin rejissoru olan Tarantino "Rejissorluq - gənclərin işidir" deyib.

İndi o, "İyrənc səkkizlik" vesterni üzərində işləyir. Bu onun rejissor kimi 8-ci filmi olacaq.

Artıq filmdə çəkiləcək aktyorlar müəyyənləşib.

Çəkilişlər 2015-ci ildə başlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG