Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:21

ATƏT baş katibi helikopterin vurulmasının vəziyyəti qızışdıra biləcəyini deyir


“Dağlıq Qarabağda erməni hərbi helikopteri vurulub. Bu, münaqişənin kəskin qızışması riski yaradır”- bunu ATƏT Baş Katibi Lamberto Zannier Brüsseldə Avropa parlamentinin xarici əlaqələr komitəsində dinləmədə deyib.

Noyabrın 12-da Ağdam yaxınlığındacəbhə xəttində helikopter vurulub. 3 pilot ölüb.

Azərbaycanın müdafiə nazirliyi helikopterin Ermənistana aid olduğunu və Azərbaycan mövqeyinə hücum etmək istədiyini bildirir, Ermənistanın müdafiə nazirliyi helikopterin Dağlıq Qarabağa aid olduğunu və silahsız olduğunu bildirir.

Ermənistanın müdafiə nazirliyinin sözçüsü Hovannisian Facebookda yazıb ki, "bu, görünməmiş provokasiya Azərbaycan üçün ağrılı olacaq və Azərbaycan hakimiyyəti vicdanı qarşısında cavab verəcək".

Dağlıq Qarabağın erməni liderinin mətbuat katibi Babayan iddia edir ki, helikopter neytral ərazidə vurulub və qeyri-döyüş əməliyyatı keçirirdi.

XS
SM
MD
LG