Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:10

Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfv olunması üçün prezidentə müraciət edib


Oktyabrın 9-da Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov həbsdə olan jurnalistlərin əfv edilməsiylə bağlı prezident İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir ki, həbsdə olan «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidov, «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli və «Böyük Millət» qəzetinin baş redaktoru Samir Adıgözəlli cəzalarının bir hissəsinin çəkib, ailə vəziyyətləri isə ağırdır. Şura bütün bunları nəzərə almaqla ölkə başçısından jurnalistləri əfv etməsini istəyir.


«Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahdiov ötən ay Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə narkotik maddə saxlamaqda ittiham edilərək 3 il, «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli avqust ayında şərəf və ləyaqətin təhqir olunmasında günahlandırılaraq Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrum edilib. «Böyük Millət» qəzetinin baş redaktoru Samir Adıgözəlli isə Cinayət Məcəlləsinin böhtan maddəsi ilə ittiham olunub. O, bu ilin fevralında Nizami Rayon Məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG