Keçid linkləri

Təcili xəbərlər

LG-dən ilk xarakterli telefon-LG AKA


LG istehsalı "AKA" telefonu
LG istehsalı "AKA" telefonu

-

LG dünyanın ilk xarakterli telefonu “AKA”nı təqdim edib. Özəllikləriylə o qədər də fərqli olmayan ağıllı telefon modeli 5 düymlü 720p IPS ekrana, 4 nüvəli 1.2 GHz sürətində işləyən prosessora, 1.5 GB yaddaşa, 16 GB xarici yaddaşa (microSD ilə 128 GB'ye qədər genişlədilə) malikdir. Android 4.4 KitKat əməliyyat sistemi ilə çalışan cihaz, 8 MP əsas və 2 MP ön kameraya, 2610 mAh tutumlu batareyaya sahibdir. Ön qapaqsız 135.5 qram olan mobil cihaz, qapaq taxıldıqda 157 qram olur.

Ağıllı telefonun diqqət çəkən cəhəti budur ki, dörd fərqli qapağının 4 fərqli xarakteri var. Bu fərqli qapaqlara görə telefon xarakter dəyişdirir.

Bu xarakterlərin necəliyini qapaq taxıldıqda üst qismi açıq qalan ekranda görünən gözlərdən və rənglərdən anlayırıq. LG-nin istehsal planlaşdırma direktoru Ramchan Woo hesab edir ki, sarı qapaq Eggy asanlıqla vurulan, soyuqqanlı bir tipdir. Ağ qapaq Wooky bir az kobud danışsa da, sevimlidir. Mavi qapaq Soul musiqi və pivəni sevir. Çəhrayı YoYo isə kola və hamburger düşkünü, toppuş bir xarakterdir.

Cənubi Koreyada 460 dollara yaxın qiymətlə satışa çıxarılan LG AKA modelinin ölkə xaricində də satışa çıxarılacağı təxmin edilir.

XS
SM
MD
LG